Icma.az
close
up
RU
Görənlər heyran olur: 18 kvadratmetrlik balkonda gözəllik yaradıb

Görənlər heyran olur: 18 kvadratmetrlik balkonda gözəllik yaradıb

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin Eskişehir bölgəsinddə yaşayan Salim Pektaş, iş yerinin 18 kvadratmetrlik üstü açıq balkonunu əkdiyi tərəvəzlərlə kiçik bir bağçaya çevirib. Adam gününün 8 saatını burada keçirir.


Sherg.az xəbər verir ki, 63 yaşlı Salim Pektaş Odunpazarı rayonunun Vişnelik məhəlləsindəki çap emalatxanasının balkonunda 200 ədəd 5 litrlik, içi torpaq dolu bidonlara pomidor, bibər, lobya kimi tərəvəzlər əkib. 


Tərəvəz şitillərini övladı kimi görən Salim Pektaş onlara yaxından qulluq etməyi, hətta onlarla danışmağı belə unutmur. Bağçadakı əmmə-basmalı nasosla çəkdiyi suyu yenidən plastik bidonlara dolduraraq balkondakı bağçasına çıxarır. Balkondakı kiçik bağça görənlərin diqqətini çəkir.


Bağçası barədə danışan Salim Pektaş belə deyib:

“Bura iş yerimizdir. Yayda işlərimiz çox olmadığı üçün özümüzə məşğuliyyət tapdıq. İstehsal etdikcə ləzzətini aldıq. Qışlıq pomidor, bibər, lobya, badımcan kimi məhsullarımızın 90 faizini burada yetişdiririk. Pomidorumuzu, bibərimizi, lobyamızı - hər şeyi buradan götürürük. Beş ildir bu işlə məşğulam, amma son üç ildir damda, balkonda edirik. Daha əvvəl arxa bağçada yetişdirirdik. Bura olmasaydı, yayda yəqin ki, dəli olardıq. Çünki yayda 3–4 ay demək olar işimiz olmur.”


Torpaq və bitkilə məşğul olmağın ona sakitlik verdiyini deyən Pektaş sözlərinə belə davam edib:


“Torpağın bir hissəsini arxa bağçadan, bir hissəsini qonşuların bağçasından aldım. Bir hissəsini də irəlidəki meşəlik ərazidən vedrə və bidonlarla gətirdim. Çuvallara, bidonlara doldurub daşıdıq. Təxminən 200 bidon torpaq gətirdik, yarısı getdi. Elektrik, stres, əsəb  - heç nə qalmır. Kimisi balıq tutur, stres atır; biz də bunu edirik, stresimizi atırıq. Bunlar mənim övladım kimidir. Bəzən onlarla danışır, qızım, oğlum kimi deyirəm: “Nə gözəl oldunuz, nə gözəl açıldınız.” Çoxu çiçək açdı, yığdım. Yenə çiçək açdı, yenə yığdım. Səhər saat 9:00-da gəlirəm, axşam 17:00-da gedirəm.”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Sentyabr 2025 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see654

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see264

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see252

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see244

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see218

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see208

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see180

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see169

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see158

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see150

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see149

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see146

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see145

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri