Icma.az
close
up
RU
Görkəmli bəstəkar Firəngiz Əlizadənin əsəri Berlində səslənəcək AZƏRTAC

Görkəmli bəstəkar Firəngiz Əlizadənin əsəri Berlində səslənəcək AZƏRTAC

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 17 yanvar, AZƏRTAC

Müasir dövr Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli simalarından söz düşərkən diqqətimiz Xalq artisti, dünyanın “Sülh artisti”, AMEA-nın müxbir üzvü, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadənin yaradıcılığına yönəlir. Firəngiz Əlizadə dövrünün müasir bəstəkarları içərisində Azərbaycanı dünyanın ən nüfuzlu müsabiqə və festivallarında, konsert salonlarında əzmlə təbliğ edən ünlü sənətkarlarımızdandır. Onun əsərləri dünyanın ən məşhur kollektivləri tərəfindən ifa olunur. Hətta bəstəkarın əsəri səslənən konsertlərdə digər dünya klassiklərinin də əsərləri ifa edilir. Belə növbəti konsert Almaniyada təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, fevralın 13-də Berlinin ən məşhur konsert salonlarından birində violonçel ifaçısı Konstantin Manayev tərəfindən dünyaşöhrətli bəstəkar İ.S.Baxın əsərləri ilə yanaşı Firəngiz Əlizadənin “Aşk havası” əsəri də səslənəcək.

Qeyd edək ki, bəstəkarın “Deyişmə” adlı əsərdir yanvarın 16-da Türkiyədə ifa edilib. Bu əsər Almaniyanın Osnabrück şəhərində keçirilən “Morgenland” festivalı tərəfindən sifariş olunub və elə həmin ildə də “Potsdamer Kammer akademie” orkestrinin ifasında festivalın açılış tədbirində təqdim edilib. Bu əsərdə solo partiyalar qeyri-adi alətlər üçün nəzərdə tutulub və “Şərq-Qərb” konsepsiyasına uyğun işlənilib.

Avropanın ən “qəliz” aləti olan kontrabasın, Hindistanın ənənəvi aləti olan tabla ilə birləşməsi ilk dəfə Kamera orkestrinin müşayiəti ilə səslənib. Bu, kontrabas ifaçıları üçün yazılan ən çətin əsər sayılır və müsabiqə proqramlarına daxil edilir. Maraqla qarşılanan bu əsər növbəti dəfə Türkiyədə uğurla təqdim olunub.

Konsert proqramında B.Bersanın “İdila”, F.Əlizadənin “Deyişmə” (Türkiyə premyerası-kontrabas – Onur Özkaya, tabla – Gürkan Özkan), F.Aktavın “Junior” (dünya premyerası) və G.Bottesinin “La Sonnombula” əsərləri səslənib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Yanvar 2025 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see398

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see388

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see341

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see324

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see309

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see250

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see248

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see248

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see244

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see224

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see217

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see215

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see211

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see206

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see205

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see205

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see202

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see201

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see193

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri