Icma.az
close
up
RU
Görkəmli bəstəkar Şəfiqə Axundovanın anadan olmasından 102 il ötür

Görkəmli bəstəkar Şəfiqə Axundovanın anadan olmasından 102 il ötür

Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

Bu gün Xalq artisti Şəfiqə Axundovanın doğum günüdür. Onun anadan olmasından 102 il ötür.

Şərqdə ilk opera yazan qadın bəstəkar, Şəfiqə Qulam qızı Axundova 1924-cü il yanvarın 21-də Şəkidə doğulub.

O A.Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən bəstəkar Üzeyir Hacıbəylidən dərs alıb, müəlliminin tövsiyəsi ilə təhsilini Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) davam etdirib və bəstəkarlıq ixtisası üzrə Boris Zeydmanın sinfini bitirib.

İlk bəstəsi olan "Bala" mahnısını müəllimi Üzeyir Hacıbəyliyə göstərərək onun xeyir-duasını alan Şəfiqə Axundova ustadından bəhrələndiyi yaradıcılıq ənənələrinə və yüksək insani keyfiyyətlərə ömrünün sonunadək sadiq qalıb.

Təsadüfi deyil ki, Ş.Axundovanın əsərləri milli musiqi və professional bəstəkarlıq ənənələrini özündə birləşdirib. O, 1972-ci ildə yazdığı "Gəlin qayası" operası ilə Şərqdə ilk opera yazan qadın bəstəkar kimi tarixə düşüb. "Gəlin qayası" operasında klassik musiqi ilə muğamın qovuşması Üzeyir Hacıbəyli üslubunun saxlanmasını bir daha təsdiq edib.

Operada ariyalarla yanaşı, muğam parçalarının da səslənməsi bəstəkarın xalq musiqisini mükəmməl bilməsindən irəli gəlib və əsərə uğur qazandırıb.

Şəfiqə Axundovanın zəngin yaradıcılığına "Ev bizim, sirr bizim" operettası, böyük simfonik orkestr üçün süitaları, xor üçün silsilə əsərləri, "Aydın", "Əlvida Hindistan!", "Nə üçün yaşayırsan?" səhnə əsərlərinə, "Təlxəyin nağılı", "Dovşanın ad günü" və digər uşaq tamaşalarına yazdığı musiqilər, yüzlərlə mahnı və romans daxildir. Onun "Sənin nəğmən", "Çinar və mən", "Həyat, sən nə şirinsən?!", "Sular qızı", "Ötür illər", "Nədən oldu", "Bu torpağa borcluyam", "İlhamını alar aşiq", "Doğma diyarım", "Şəki", "Gözlərimin işığı sənsən", "Gəl, ey səhər", "Mehriban olaq", "Yaşatdın elləri", "Sevgi ölmür" və digər lirik mahnıları xalq arasında çox məşhurdur. Bu əsərlər ən kədərli vaxtlarımızda dərdimizə su səpir, bizə xoş ovqat bəxş edir. Bəstəkarın musiqi yazdığı şeirlər Azərbaycan poeziyasının ən gözəl nümunələridir. O, Süleyman Rüstəm, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə və digər şairlərin əsərlərinə mahnılar bəstələyib.

Şəfiqə Axundovanın əsərləri Şövkət Ələkbərova, Gülağa Məmmədov, Fatma Mehrəliyeva, Anatollu Qəniyev, Rübabə Muradova, Zeynəb Xanlarova, Elmira Rəhimova, Zaur Rzayev, Səkinə İsmayılova, Gülyaz və Gülyanaq Məmmədova bacıları, Eldar Ələkbərov, Türkiyədə İbrahim Tatlısəs və bir çox istedadlı ifaçılar tərəfindən sevilə-sevilə oxunub, bu gün də ifa edilir.

Xalq artisti Şəfiqə Axundova 2013-cü il iyulun 26-da Bakıda vəfat edib. O II Fəxri xiyabanda dəfn olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:241
embedMənbə:https://baku.ws
archiveBu xəbər 21 Yanvar 2026 09:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri