Icma.az
close
up
RU
Görkəmli Qırğız yazıçısı, TÜRKSOYun Baş katibi Sultan Rayevin “Daşqın” kitabının təqdimatı keçirilib AZƏRTAC

Görkəmli Qırğız yazıçısı, TÜRKSOYun Baş katibi Sultan Rayevin “Daşqın” kitabının təqdimatı keçirilib AZƏRTAC

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 9 dekabr, AZƏRTAC

Dekabrın 9-da Bakıda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda görkəmli Qırğız yazıçısı, TÜRKSOY-un Baş katibi Sultan Rayevin “Daşqın” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. O bildirib ki, Fond ümumtürk irsinin, xüsusilə maddi və qeyri-maddi mədəni irs nümunələrinin qorunması istiqamətində fəaliyyət göstərir.

“Bu, Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən hazırlanmış 17-ci kitabın təqdimatıdır. Kitabı Rəbiqə Nazimqızı tərcümə edib. Təşkilatın prioritet istiqamətlərindən biri də türk xalqlarının görkəmli şəxsiyyətlərinin zəngin irsinin gələcək nəsillərə ötürülməsidir. Fond bu yöndə “Türk dünyasının görkəmli şəxsiyyətləri”, “Türk dünyasının ədəbi inciləri”, “Türk dünyasının elmi inciləri” adlı 3 kitab seriyası təsis edib. Parisdə dekabrın 13-də Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərinin 950 illiyi UNESCO səviyyəsində qeyd olunacaq. Konfransda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan, Macarıstan və digər ölkələrdən alimlər, tədqiqatçılar, dövlət və beynəlxalq təşkilatların nümayəndələri bir araya gələcəklər”, - deyə A.Raimkulova əlavə edib.

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli çıxışında qeyd edib ki, Azərbaycan xalqı Türk dünyasının böyük oğlu Çingiz Aytmatovun yaradıcılığına dərin hörmətlə yanaşır. “Bu il Bakıda artıq ikinci dəfə Qırğızıstanın görkəmli ədəbiyyat nümayəndəsi TÜRKSOY-un Baş katibi Sultan Rayevin kitabının təqdimatına toplaşmışıq. Azərbaycan Mədəniyyət Nazirliyi və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu birgə bir sıra layihələr reallaşdırır. Bu bizim birgə həyata keçirdiyimiz növbəti layihədir. Əminəm ki, gələcəkdə belə layihələrin sayı daha çox olacaq”, - deyə nazir vurğulayıb.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli, Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov, Xalq yazıçısı Çingiz Abdullayev, Azərbaycan Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov çıxışlarında Sultan Rayevin “Daşqın” əsəri barədə fikirlərini bölüşüblər.

Bildirilib ki, Azərbaycanda Türk dünyasının yazıçılarının əsərlərinə daim maraq olub. Bu günlərdə Bakıda türk xalqları ədəbiyyatının yeni məzmun və ideyalarla zənginləşməsində böyük xidmətləri olan, ümumtürk dünyasının parlaq simalarından biri Çingiz Aytmatova həsr olunmuş böyük görüş keçiriləcək.

Diqqətə çatdırılıb ki, Sultan Rayevin “Daşqın” əsərində “Nuhun tufanı yeni dövrdə baş versə nələr olar” axtarışında fikirlər irəli sürülüb. Kitabda əslində Nuhun tufanın müasir zamanda baş verdiyini göstərilir. Belə ki, hazırda insanlar suya deyil, internetə qərq olub boğulurlar. Kitabda, həmçinin süni intellektin gətirdiyi problemlər araşdırılır.

Milli Məclisin deputatı Cavanşir Feyziyev çıxışında deyib ki, Manas kimi min yaşlı zəngin ədəbi-bədii irs üzərində boy atmış müasir qırğız ədəbiyyatı XX əsr dünya ədəbiyyatına Çingiz Aytmatov kimi nəhəng düha sahibini bəxş etdi. “Düşünmək olardı ki, qırğız ədəbiyyatı artıq öz sözünü deyib. Ən azı Ç.Aytmatovdan sonra müasir qırğız ədəbiyyatında yeni söz demək çox böyük cəsarət tələb edəcəyindən yeni möcüzə gözləmək ağıllara gəlməzdi. Amma möcüzə baş verdi, Sultan Rayev özündə bu cəsarəti tapdı və kifayət qədər uğurlu bir şəkildə öz ədəbi dəst-xətini Türk dünyası ədəbiyyatının rəqabət meydanına çıxara bildi. Sultan Rayev nə Manas yazdı, nə də Aytmatov üslubunu təkrar etdi. O yazdığı romanlarla hörmətli akademik İsa Həbibbəylinin “magik realizm” adlandırdığı ən müasir ədəbi trendinin altında öz imzasını atdı. Bu imza olduqca möhtəşəmdir və bütün Türk dünyasına Sultan Rayevlə fəxr etmək imkanı qazandırıb", - deyə Cavanşir Feyziyev əlavə edib.

“Daşqın” əsərinin müəllifi Sultan Rayev çıxışında kitabın ərsəyə gəlməsində dəstəyi və əməyi keçən hər kəsə təşəkkür bildirib.

Daha sonra Bakı Bələdiyyə Teatrının aktyoru, Əməkdar artist Hüsniyyə Mürvətova “Daşqın” romanından bir parçanı oxuyub.

Tədbirdə Azərbaycanın dövlət və hökumət rəsmiləri, deputatlar, Qırğızıstan səfirliyinin, eləcə də ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, elm, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Dekabr 2024 22:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri