“Görülən işlərin bəhrəsini çempionat oyunlarında görəcəyimizə inanırıq”
Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“İmişli” mövsümün ikinci dövrəsinə hazırlığı Bakıda keçib. Komandanın kapitanı Azər Salahlı “Futbolpress.az“a açıqlamasında toplanışı dəyərləndirdi:
“Toplanışımız planlaşdırdığımız şəkildə normal keçdi. Hesab edirəm ki, oyundan oyuna komandamızın çıxışı daha da yaxşılaşacaq və inkişaf edəcək. Vaxtımızın məhdud olmasına baxmayaraq, hazırlıq prosesi ərzində fiziki və taktiki durumumuzu yaxşılaşdırmaq üçün maksimum səylə çalışdıq. Bu toplanışın və görülən işlərin bəhrəsini çempionat oyunlarında görəcəyimizə inanırıq”.
Salahlı komandanın mövsümdəki çıxışına toxundu:
“İlk dövrə normal keçdi. Gözləntilərdən daha yaxşı nəticələr əldə etdik. Əlbəttə, daha yaxşısını etmək imkanımız da var idi. Ümumi götürəndə çıxışımız qənaətbəxşdir. Qarşıdakı dövrədə də yaxşı nəticələrimizi artırmaq üçün çalışacağıq”.
“İmişli” 16 turdan sonra 17 xalla 9-cu sıradadır. Komanda XVII turda yanvarın 23-də “Araz-Naxçıvan”ı qəbul edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:21
Bu xəbər 20 Yanvar 2026 10:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















