Görün Barselona nələri hərraca çıxardı: Ən bahalı lot Messiyə məxsusdur
Publika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Barselona” köhnə “Kamp Nou” stadionundan qalan xatirə əşyalarının hərracını keçirmək qərarına gəlib.
Publika.az xəbər verir ki, sərgidə nümayiş etdirilən əşyalar arasında ən qiymətli lotlar həm klub əfsanələrinin, həm də komandanın hazırkı oyunçularının dolabları olub.
Hərracda ən diqqət çəkən əşyalar arasında Lionel Messinin başlanğıc qiyməti 350 min dollar olan dolabı da var. Qeyd olunur ki, bu şkafın divarlarında hələ də argentinalının çəkmələrinin sürtünmə izləri var.
Bu hərracla "Barselona" təkcə vəsait toplamaq deyil, həm də azarkeşləri ilə klubun zəngin tarixi arasında emosional əlaqəni gücləndirməyi qarşısına məqsəd qoyub.
Hərrac yanvarın 23-dən fevralın 13-dək keçiriləcək.
Lionel Messinin dolabı: 350 min dollar
Jerar Pike və Dieqo Maradonanın dolabları: 200 min dollar
Ronaldinyonun dolabı: 100 min dollar.
Neymarın dolabı: 40 min dollar
Qavinin dolabı: 23 min dollar
Luis Suaresin dolabı: 20 min dollar.
Romarionun dolabı: 20 min dollar
Tyerri Anrinin dolabı: 20 min dollar
Xavinin dolabı: 20 min dollar.
Ronald Arauxonun dolabı: 15 min dollar.
Heybət
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 09 Yanvar 2025 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















