Icma.az
close
up
RU
Görünməmiş korrupsiya sxemindəki Politico və antiAzərbaycan kampaniyası

Görünməmiş korrupsiya sxemindəki Politico və antiAzərbaycan kampaniyası

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Politico" nəşri (ABŞ) bir neçə gün əvvəl Elli Matnikin məqaləsində Azərbaycanın adını növbəti dəfə mənfi çalarda hallandırıb. Üstəlik yersiz yerə.

Məqalə ABŞ-ın daxili siyasətindən bəhs edir. Söhbət Cənubi Texas dairəsində respublikaçı hakim Uebb Tano Tixerinanın demokrat Henri Kuelyara qarşı seçkilərdə rəqib namizəd olmasından gedir. Uebb Tano Tixerina Latın Amerikasından olan seçicilərin səslərinə arxalanaraq, dairədə Kuelyarın Konqresdəki kreslosunu "altından çəkib", özü oturmaq istəyir.

Sual oluna bilər ki, bunun Azərbaycana nə dəxli var? Doğrudan da, heç bir dəxli yoxdur. Ancaq "Politico" nəşri Konqresmen Kuelyarın öz şəxsi maraqlarını təmin etmək qarşılığında guya ötən il hansısa qanuna "Azərbaycanın xeyrinə" təsir etdiyini yazır. ABŞ Ədliyyə Nazirliyi Henri Kuelyarın əleyhinə ittiham irəli sürüb. Məhkəmə prosesi bu ilin sentyabrında olacaq. Henri Kuelyar özünün günahsız olduğunu deyir və ittihamları rədd edir.

Göründüyü kimi, hələ araşdırma başa çatmayıb, hələ məhkəmə olmayıb, ittiham təsdiqini tapmayıb, amma "Politico" bu məsələni yenidən gündəmə gətirir, bundan Azərbaycanın əleyhinə təbliğat imkanı kimi istifadə edir. Halbuki bu məsələ bir neçə il əvvəl gündəmə atılmış, iddiaları isbatlayan heç bir dəlil-sübut da tapılmamışdı. Bu işdə adı keçən şəxslər də ittihamları qətiyyətlə rədd etmişdilər. Bununla belə "Politico" Azərbaycana qarşı kampaniya aparmaq, korrupsiya iddialarını "canlandırmaq" üçün heç bir "fürsət"i əldən vermir.

Amma taleyin ironiyasına baxın: "Politico" nəşrinin özü hazırda dünya miqyasında çox böyük korrupsiya qalmaqalında hallanır. Həm də ABŞ prezidenti Donald Trampın nəzarəti altında araşdırılan USAİD işində.

Məlumdur ki, Prezident Tramp bu təşkilatda baş verənləri -dövlət büdcəsindən ayırılmış pulların öz təyinatından kənar məqsədlərə xərclənməsini "görünməmiş miqyasda korrupsiya" adlandırmışdı. Bu görünməmiş miqyasda korrupsiyanın içində "Politico" nəşrinin də adı iri planda və çox aydın görünür.

"Politico" təkcə 2024-cü ildə USAİD-dən 8 milyon dollar alıb. Hər il bu maliyyələşmə olub. İndi ABŞ hökumətinin araşdırmaları nəticəsində ortaya çıxıb ki, USAİD-in göstərdiyi yardım məbləğlərinin 40 faizi "geriödəmə" ("otkat") sxemi əsasında USAİD rəhbərlərinin ciblərinə qayıdıb. USAİD-ə rəhbərlik edənlər başda Samanta Pauer olmaqla ABŞ-ın federal dövlət büdcəsi hesabına faktik olaraq özləri özlərinə yardım edib. Bəlkə "Politico" da "geriödəmə" öhdəliyi əsasında USAİD-lə işləyib, bunu bilmirəm. Ancaq o dəqiqdir ki (artıq rəsmən açıqlanıb), USAİD Amerikaya qarşı terrorçuluq əməlləri törətmiş "Əl-Qaidə", "Hizbullah" kimi terror təşkilatlarına yardımlar göstərib.

Bu, həmin "Əl-Qaidə"dir ki, 2001-ci il sentyabrın 11-də Nyu Yorkda Qoşa Qülləni partlatmış, Vaşinqtonda Pentaqonun binasına hücum etmişdi. Bu hücumların nəticəsində minlərlə dinc Amerikalı həlak olmuşdu. Amma USAİD bu təşkilata yardım (!) göstərib. İranın proksi gücü olan "Hizbullah" terror təşkilatının isə Amerika dövlətinə, xalqına qarşı düşmənçiliyi göz qabağındadır. "Politico" isə bunu "görməyib".

İndi sual olunur: USAİD bu terror təşkilatlarını maliyyələşdirəndə "Politico" qəzeti hansı "politico" ilə məşğul idi ki, bu boyda görünməmiş korrupsiyanı görməmişdi?!

Məlumdur ki, fevralın 6-da ABŞ hökuməti “The New York Times”, “Politico” və “Associated Press”in maliyyələşdirilməsini dayandırıb. Bəlkə bundan sonra "Politico"nun da gözləri açıla, həqiqəti görə. Bəlkə bundan sonra antiAzərbaycan kampaniyası aparmaqdan başı ayıla, öz ölkəsinin rəsmi qurumlarının "görünməmiş miqyasda" korrupsiya əməlləri ilə məşğul ola.

Yeri gəlmişkən, "Politico" üçün bir faktı xatırladaq: artıq yarım ildən çoxdur ki, Azərbaycan hökuməti öz ərazisində USAİD-in fəaliyyətini rəsmən qadağan edib. Əslində bir neçə ildir ki, bu fəaliyyət faktik olaraq dayandırılmışdı. Yəni ABŞ hökuməti, öz ifadələri ilə desək, bu "cinayətkar təşkilat" barəsində araşdırma başladanda, Azərbaycan artıq çoxdan onun layihələrini bloklamışdı. ABŞ bu qlobal korrupsiya maşınını hələ indi-indi sındırmağa çalışır.

Odur ki, "Politico" korrupsiyaya dair mövzu axtarırsa, bunu Azərbaycanda deyil, elə özündə və USAİD kimi maliyyə tərəfdaşlarında axtarsa, daha tez tapar.

Bahəddin Həzi, bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 26 Fevral 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri