Icma.az
close
up
RU
“Görüşün Prezident səviyyəsində keçirilməsi xüsusi siyasi mesaj daşıyır” ŞƏRH

“Görüşün Prezident səviyyəsində keçirilməsi xüsusi siyasi mesaj daşıyır” ŞƏRH

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 6-da İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı bir neçə gün əvvəl İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla telefon danışığını xatırladaraq, yüksək səviyyələrdə müxtəlif təmasların ikitərəfli gündəliyimizlə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi.

Gununsesi.info bildirir ki, məsələyə münasibət bildirən politoloq Amid Əliyev qeyd edib ki, bu görüşü nə sadəcə spontan diplomatik jest, nə də ikitərəfli münasibətlərin rutin epizodu kimi qiymətləndirmək düzgün olardı:

“Görüş Cənubi Qafqazda formalaşmaqda olan yeni güc balansının fonunda atılmış ölçülmüş və rasional addımdır.

Görüşün zamanlaması xüsusi diqqət çəkir. Yaxın Şərqdə İran–İsrail qarşıdurmasının kəskinləşməsi, İran ətrafında hərbi-siyasi təzyiqlərin artması, paralel olaraq Cənubi Qafqazda kommunikasiya xətləri, xüsusilə Zəngəzur istiqamətində gedən proseslər Tehran üçün təhlükəsizlik baxımından yeni risklər formalaşdırır. Bu kontekstdə İranın məhz müdafiə blokuna cavabdeh olan yüksək rütbəli nümayəndə ilə Bakıya üz tutması, Azərbaycanın regionda təhlükəsizlik baxımından açar aktor kimi qəbul edildiyini göstərir.

Azərbaycan tərəfi üçün bu qəbul bir neçə əsas vacib sayılan səbəblə izah oluna bilər.

Birincisi, Bakı regionda mümkün eskalasiya risklərinin öz ərazisinə və milli maraqlarına sirayət etməsinin qarşısını almaq məqsədilə birbaşa və açıq dialoqa üstünlük verir.

İkincisi, İran tərəfindən zaman-zaman səsləndirilən ziddiyyətli bəyanatlar və dolayı təhdidlər fonunda bu görüş, qeyri-müəyyənlik mühitini daraltmaq və qırmızı xətləri birbaşa şəkildə çatdırmaq vasitəsi kimi çıxış edir. Üçüncüsü isə Azərbaycan balanslaşdırılmış xarici siyasət kursuna sadiq qalaraq göstərir ki, ölkə nə regional qarşıdurmaların alətinə çevriləcək, nə də öz təhlükəsizliyini üçüncü aktorların gündəminə tabe edəcək.

İranın baxış prizmasından səfərin motivasiyası daha çox müdafiə xarakterlidir. Tehran bir tərəfdən beynəlxalq və regional təcridin dərinləşdiyi şəraitdə qonşu dövlətlərlə münasibətləri idarəolunan müstəvidə saxlamağa çalışır, digər tərəfdən isə Cənubi Qafqazda Türkiyə–Azərbaycan tandeminin güclənməsini və Qərb–İsrail faktorunun artan təsirini balanslaşdırmaq niyyətindədir. Bu mənada Bakı ilə birbaşa təmaslar İran üçün həm informasiya toplama, həm də mümkün riskləri qabaqlama aləti kimi çıxış edir”.

Politoloq vurğulayıb ki, görüşün Prezident səviyyəsində keçirilməsi isə xüsusi siyasi mesaj daşıyır:

“Bu, Azərbaycanın özünü regionda obyekt yox, subyekt kimi təqdim etməsinin, təhlükəsizlik mövzularında yalnız vasitəçi yox, qərarverici aktor statusunu təsdiqləməsinin göstəricisidir. Eyni zamanda bu qəbul, Azərbaycanın heç bir dövlətə qarşı platforma rolunu oynamadığını, lakin öz ərazisindən hər hansı təhlükə və təhdid mənbəyinə çevrilməyə də qətiyyən imkan verməyəcəyini açıq şəkildə ortaya qoyur.

Strateji prizmadan yanaşdıqda, bu görüşü “qarşıdurmanın idarə olunması və risklərin azaldılması diplomatiyası” çərçivəsində qiymətləndirmək mümkündür. Burada məqsəd tərəflər arasında dərin etimad qurmaqdan daha çox, eskalasiya ehtimalını minimuma endirmək, yanlış hesablamaların qarşısını almaq və regional sabitliyi real güc balansına uyğun şəkildə qorumaqdır. Azərbaycan bu prosesdə emosional reaksiyalardan uzaq, praqmatik və strateji düşüncəyə əsaslanan xətt yürüdür.

Prezident İlham Əliyevin İranın müdafiə naziri ilə görüşü Bakının regional siyasətdə özünəinamlı, ölçülü və rasional davranış modelinin növbəti təsdiqidir. Bu addım nə güzəşt, nə də geri çəkilmədir; əksinə, gücünü anlayan və onu dialoqla tamamlayan dövlət davranışının nümunəsidir”.

Şəbnəm

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 06 Fevral 2026 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see381

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see350

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see341

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see312

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see308

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see289

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see257

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see253

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see239

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see232

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see217

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see208

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see207

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see205

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see197

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see196

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see186

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri