Göyçay qəzasında xəsarət alanların SON DURUMU FOTO
Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Göyçay-Bərguşad yolunun rayonun Cəyirli kəndi ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb.
Bizim.Media xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, sentyabrın 1-i, saat 16:00-da Göyçay rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə üç nəfər (kişi cinsli) Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Yaralılara bədənin müxtəlif nahiyələrinin travmaları və yerdəyişən sınıqları diaqnozları təyin olunub.
Vəziyyəti orta ağır qiymətləndirilən 1995-ci il təvəllüdlü şəxsin müalicəsi Cərrahiyyə şöbəsində, vəziyyəti orta ağır qiymətləndirilən 1999-cu il təvəllüdlü şəxsin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir. 1993-cü il təvəllüdlü şəxsə zəruri ilkin tibbi xidmət göstərildikdən sonra öz istəyi ilə ixtisaslı tibbi xidmətdən imtina edib", - deyə məlumatda bildirilir.
Xatırladaq ki, ötən gün Göyçay-Bərguşad yolunun rayonun Cəyirli kəndi ərazisindən keçən hissəsində Göyçay rayon sakini, 1999-cu il təvəllüdlü İsmayıl Aqil oğlu Abışovun idarə etdiyi "Mercedes" markalı, 99-BL-167 dövlət nömrə nişanlı avtomobillə 1993-cü il təvəllüdlü İsmət Ağamehdi oğlu Mehdizadənin idarə etdiyi "Ford" markalı, 90-FE-648 dövlət nömrə nişanlı və Göyçay sakini, 1971-ci il təvəllüdlü Qadir Nəriman oğlu Salmanovun idarə etdiyi QAZ-53 markalı, 23-BF-332 dövlət nömrə nişanlı avtomobillər toqquşub. Nəticədə üç nəfər xəsarət alıb. (Oxu.az)
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 02 Sentyabr 2025 09:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















