Göyçayda kanala düşən avtomobilin sürücüsünün meyiti tapılıb
Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Göyçayda minik avtomobili kanala aşıb, sürücü ölü tapılıb. Hadisə rayonun Dövranlı kəndində qeydə alınıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, hərəkətdə olan minik maşını kənd ərazisindən keçən Şirvan kanalına aşıb. Kənd sakinləri kanaldan sürücü Talıbov Habil Məhəmmədəli oğlunun meyitini çıxarsalar da, avtomobil suda qalıb. Hadisənin hansı şəraitdə baş verdiyi və ölümün dəqiq səbəbləri araşdırılır.
Baxış sayı:90
Bu xəbər 17 Oktyabr 2025 12:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















