Göyçayda kanalın yarılmasından sonra SON VƏZİYYƏT
Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
Göyçay rayonunda Şirvan kanalının yarılması nəticəsində baş verən fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Bizim.Media “report.az”a istinadla xəbər verir ki, bu barədə Göyçay Şirvan Suvarma İstismarı İdarəsindən bildirilib.
Qurumdan verilən məlumata əsasən, Yuxarı Şirvan kanalının həmin hissəsində suyun səviyyəsi azaldılıb, bənd möhkəmləndirilib və su axınının qarşısı alınıb.
Bildirilib ki, hazırda kanalın sahilində son bərkitmə işləri aparılır.
Xatırladaq ki, hadisə ötən gün kanalın rayonun Şahədət Qarabağlar kəndi ərazisindən keçən hissəsində baş verib.
Bizim.Media
Baxış sayı:123
Bu xəbər 01 Avqust 2026 19:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















