Göyçayda piyada ölümü ilə nəticələnən yol qəzası baş verib
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Göyçay, 18 may, Rəşad Türkoğlu, AZƏRTAC
Göyçayda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə axşam saatlarında şəhərin mərkəzi prospektində qeydə alınıb. İlkin məlumata əsasən, hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən piyadanı vurub. Qəza nəticəsində ağır xəsarət alan şəxs Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı Göyçay Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.
Baxış sayı:60
Bu xəbər 18 May 2025 23:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















