Göyçayda qadına qarşı quldurluq etdi, Rusiyaya qaçdı
Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.
Göyçay rayonunda yerləşən quşçuluq fermalarının birində quldurluq hadisəsi qeydə alınıb. Kamuflyaj olunaraq gecə saatlarında obyektə daxil olan naməlum şəxs orada işləyən qadına küt alətlə xəsarətlər yetirib və 23300 manat pulu, eləcə də 2200 manat dəyərindəki qızıl-zinət əşyalarını talayaraq ələ keçirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"a bildirilib ki, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törədən şəxsin 40 yaşlı Ceyhun Əsgərov olduğu və hadisəni törətdikdən sonra onun Rusiya Federasiyasına qaçdığı müəyyən edilib. Həyata keçirilən tədbirlərlə C.Əsgərov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 23 Sentyabr 2025 10:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















