Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Göyçay rayonunun Kürdəmiş kəndində yerləşən soyuducu anbarının sahibi Elnur Beydullayev ölkə rəhbərliyinə müraciət edərək ona qarşı yol verilən qanunsuzluqlardan şikayətlənib.
Moderator.az xəbər verir ki, bu barədə o videomüraciət yayıb.
Onun sözlərinə görə, Bank Respublika ilə kredit borcu üzrə qarşılıqlı razılaşma əldə olunub. Razılaşmaya əsasən, 2025-ci ilin noyabr ayında 30 min manat, dekabr ayında isə 61 min manat ödəniş həyata keçirilib. Hazırda kredit üzrə qalan borc məbləği cəmi 24 min manat təşkil edir.
Sahibkar bildirir ki, bütün bunlara baxmayaraq, bazar dəyəri təxminən 5 milyon manat olan soyuducu anbar məhkəmə prosesi hələ davam etdiyi halda cəmi 35 min manata hərraca çıxarılıb.
Ətraflı videoda:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 23 Yanvar 2026 14:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















