Icma.az
close
up
RU
Göyçayda şəhid Rüfət Mayılovun xatirəsi anılıb

Göyçayda şəhid Rüfət Mayılovun xatirəsi anılıb

Icma.az, Azertag saytına istinadən bildirir.

Göyçay, 1 oktyabr, Rəşad Türkoğlu, AZƏRTAC

Göyçayın Kürdəmiş kəndində Vətən müharibəsi şəhidi Mayılov Rüfət Bəhram oğlunun şəhadətə ucalmasının beşinci ildönümü qeyd edilib. Mərasim iştirakçıları şəhidin əziz xatirəsini ehtiramla yad edərək məzarı üzərinə gül dəstələri düzüblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anım tədbirində şəhidin keçdiyi döyüş yolu, göstərdikləri qəhrəmanlıq və Vətənə sədaqəti barədə geniş məlumat verilib. Vurğulanıb ki, Rüfət Mayılovun fədakarlığı, igidliyi gələcək nəsillərə örnəkdir. Onun həyat yolu təkcə bir ömür hekayəsi deyil, Azərbaycan igidliyinin və Vətən sevgisinin təcəssümüdür. Qeyd olunub ki, məhz Rüfət kimi qəhrəman oğullarımızın sayəsində 44 günlük Vətən müharibəsi Azərbaycan tarixində qızıl hərflərlə yazıldı. Qazanılan Zəfər xalqımızın birliyi, həmrəyliyi və şəhidlərin misilsiz qəhrəmanlığı hesabına mümkün oldu. Şəhidlərin əziz xatirəsi daim uca tutulacaq, onların ruhu hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Anım mərasiminin sonunda kənd tam orta məktəbinin şagirdləri şəhidlərin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

Xatırladaq ki, şəhid Rüfət Mayılov 2001-ci il 31 yanvarda Göyçay rayonunun Kürdəmiş kəndində dünyaya göz açıb. 3 aprel 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsi zamanı qəhrəmanlıqla döyüşərək 2020-ci il 30 sentyabrda Füzuli istiqamətində şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra Prezidentin Sərəncamı ilə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Oktyabr 2025 07:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see299

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see290

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see263

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see237

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see232

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see231

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see226

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see223

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see221

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see211

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see197

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see195

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see194

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see194

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see191

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see189

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri