Göyərtəsində milyarderlərin olduğu Titan ın batma səbəbi bilindi
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Titan" sualtı aparatının qəzası layihələndirmə səhvi səbəbindən baş verib.
Oxu.Az-ın gazeta.ru-ya istinadən məlumatına görə, bu barədə ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının (NTSB) hesabatında bildirilir.
Araşdırma zamanı qurumun mütəxəssisləri batiskafın gövdəsinin zəruri möhkəmlik və davamlılıq tələblərinə cavab vermədiyini müəyyən ediblər. "Titan"ı istismar edən "OceanGate" şirkəti sualtı aparatın sınaqlarını keçirmədiyindən bu barədə məlumatı olmayıb.
Hesabata görə, batiskafın gövdəsinin mərkəzi hissəsini təşkil edən borunun hazırlandığı karbon lifi qatlara ayrılıb. Vəziyyət mənşəyi məlum olmayan əlavə zədələr səbəbindən daha da ağırlaşıb. Bu səbəbdən aparatın daxili konstruksiyası zərər çəkib.
Xatırladaq ki, avqustun əvvəlində ABŞ Sahil Mühafizəsi 18 iyun 2023-cü ildə göyərtəsində milyarderlərin olduğu "Titan" batiskafının qəzasının səbəblərinə həsr olunmuş araşdırmanı dərc edib. Komissiya belə nəticəyə gəlib ki, texniki mütəxəssislərin əsaslı narahatlıqlarına diqqət yetirilsə və gəmiyə lazımi xidmət göstərilsəydi, fəlakətin qarşısını almaq olardı. Qəzada günahkar "Titan"ı istismar edən ABŞ-nin "OceanGate" şirkəti hesab olunub. Hadisə zamanı "OceanGate"in təsisçisi, milyarder Stokton Raş da daxil olmaqla beş nəfər həyatını itirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 16 Oktyabr 2025 14:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















