Icma.az
close
up
RU
Göygöldə 40 yaşlı kişi boşanmaq istəyən arvadını döydü

Göygöldə 40 yaşlı kişi boşanmaq istəyən arvadını döydü

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Göygöl rayonunda 1985-ci il təvəllüdlü Fərid şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Aynura (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 
Demokrat.az
-ın əldə etdiyi məlumata görə, Fərid əvvəllər aralarında baş vermiş ailə daxili münaqişələr səbəbindən boşanma ərəfəsində olduğu üçün ondan ayrı yaşayan arvadı Aynur ilə birlikdə yaşayan övladlarını görmək üçün 25 yanvar 2024-cü ildə, saat 16 radələrində onun yaşadığı evə gəlib. 
Fərid övladları ilə görüşən zaman Aynurdan nikahlarını sonlandırmaya dair məhkəməyə verdiyi iddiani geri götürməyi xahiş edib. 
Aynur onun xahişini yerinə yetirməyəcəyini bildirdiyi üçün aralarında yaranmış mübahisə zamanı əvvəlcə əlləri ilə, daha sonra isə döşəmənin silinməsi üçün istifadə edilən silginin dəmir hissəsi ilə onun bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub. 
Hadisəni törədən Fəridin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 
O, ifadəsində göstərib ki, 2009-cu ildə Göygöl rayon sakini olan Aynur ilə ailə həyatı qurublar: 
“Bizim birgə nigahımızdan biri 2010-cu ildə, digəri isə 2016-cı ildə olan iki oğlan övladımız olub. Aramızda mübahisə baş verib və Aynur övladlarını da götürərək valideynlərinin yanına getdi. Həmin vaxtdan da məndən boşanmaq üçün Göygöl rayon Məhkəməsinə müraciət edib”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, məlum hadisə günü övladlarını görmək üçün Aynurun yaşadığı ünvana gedib və onunla barışaraq birlikdə yaşamağı təklif edib: 
“Aynur mənim təklifimi rədd etdi. Bu səbəbdən o əsəbləşərək şillə zərbəsi ilə Aynurun sağ sifət nahiyəsinə zərbə endirdim. Əməlimdən səmimi peşmanam. Aynur ilə barışmışam, mənə qarşı heç bir şikayət və tələbi yoxdur”. 
Bu cinayət işinə Göygöl Rayon Məhkəməsində baxılıb. 
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Fəridin barəsində olan cinayət təqibinə xitam verilib. 
O, cinayət məsuliyyətindən azad edilib. 
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 Yanvar 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see307

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see305

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see305

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see300

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see281

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see281

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see281

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see266

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see262

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see258

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see253

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see252

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see252

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see246

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see244

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see234

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see230

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see222

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri