Icma.az
close
up
RU
Göygöldə Dördüncü Milli Yaylaq Festivalı başlanıb REPORTAJ VİDEO

Göygöldə Dördüncü Milli Yaylaq Festivalı başlanıb REPORTAJ VİDEO

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Göygöl, 15 avqust, Ruslan Novruzoğlu, AZƏRTAC

Bu gündən Göygöl rayonunun “Xan yaylağı” ərazisində Dördüncü Milli Yaylaq Festivalı başlanıb. Avqustun 17-dək davam edəcək tədbirdə on minlərlə qonağın iştirakı gözlənilir.

AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, ölkənin böyük etnoqrafik, mədəni və idman tədbirlərindən biri olan festivalın əsas məqsədi Azərbaycanda yaylaq və elat ənənələrini yaşatmaq, tanıtmaq və turizm potensialını gücləndirməkdir. Əvvəlki illərdə olduğu kimi, builki festival da üç əsas istiqamətə - mədəni-etnoqrafik hissə, milli yaylaq oyunları və ekoturizm (eko-ağro-etno turizm) bölmələrinə fokuslanıb.

Əsrarəngiz təbiətə malik “Xan yaylağı” bu gündən qonaqlarını qarşılayır. “Cavad xan” Tarix və Mədəniyyət Fondunun təşəbbüsü, Mədəniyyət Nazirliyi və bir sıra dövlət qurumlarının təşkilatçılığı ilə keçirilən festival üçün geniş sahədə tematik guşələr və digər tikililər qısa müddətdə inşa edilib. Artıq etnoqəsəbəyə ziyarətçilərin axını başlayıb.

Qazaxıstandan gəlmiş “kobız” ifaçısı Aknar Tattibaykızı ikinci dəfə festivalda iştirak etdiyini deyir: “Bu, mənim Azərbaycana ikinci səfərimdir. Qazaxıstan Respublikasını təmsil edirəm. İfa edəcəyim musiqi aləti kobızdır - türk-şaman musiqi alətidir. Azərbaycan qardaş ölkədir və bu festivalda bu musiqi alətini dünyaya tanıtmaq üçün buradayam.”

Festival günlərində minlərlə tamaşaçının iştirakı ilə müxtəlif mədəni layihələr həyata keçiriləcək. Qonaqlar xarici ölkələrdən dəvət olunmuş etnik musiqi qruplarının ifalarını, yerli kollektivlərin çıxışlarını, milli rəqsləri, xalq mahnılarını izləyə, Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyət nümunələri ilə tanış ola biləcəklər. Tədbirdə səhnəciklər, teatral kompozisiyalar, qədim xalq oyunları, sənətkarlıq nümunələri və milli geyim sərgiləri təqdim olunacaq. Ziyarətçilərə təbiət qoynunda yaylaq həyatı yaşamaq, kamp qurmaq və gecələmək imkanı da yaradılacaq.

Milli Yaylaq Festivalının layihə rəhbəri Müzadil Həsənov bildirib ki, festivalın əsas hədəflərindən biri Türk dünyasının mədəniyyətlərini birləşdirməkdir: “Türkdilli xalqların vahid mədəniyyət çətiri altında birləşdirilməsi ilə yanaşı, qədim elat mədəniyyətinin və yaylaq ənənələrinin təbliği, yaşadılması da məqsədimizdir. Hər il daha böyük coşqu ilə festivalı təşkil etməyə çalışırıq. Bu il də bir çox xarici ölkələrdən iştirakçılar var və on minlərlə ziyarətçinin qatılacağını proqnozlaşdırırıq”.

Festival çərçivəsində mədəni-etnoqrafik hissədə milli rəqslər, xalq mahnıları və tamaşalar nümayiş olunacaq. Etnoqəsəbədə yaşayış yurdları ilə yanaşı, Cıdır meydanı, “Yaylaq süfrəsi”, “Sənətkarlıq guşəsi”, “Yaylaq yatağı”, “Pəhləvan meydanı” və digər tematik sahələr fəaliyyət göstərəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Avqust 2025 19:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see204

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see185

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see180

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see171

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see157

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see149

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see145

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see133

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see132

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri