Icma.az
close
up
RU
Göygöldə fermerlərin sualları cavablandırılıb

Göygöldə fermerlərin sualları cavablandırılıb

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 7 sentyabr, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin və Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Göygöl rayonunda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, paneldə fermer və sahibkarların aqrar sektorda qarşılaşdıqları məsələlər müzakirə edilib, dövlət dəstəyi alətləri ilə bağlı iştirakçıların sualları cavablandırılıb.

Panel zamanı “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn məsələlər diqqətə çatdırılıb. Proqram çərçivəsində aqrar istehsalın səmərəliliyinin artırılması, müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, resurslardan daha effektiv istifadə və sahələrin dayanıqlı inkişafının təmin edilməsi istiqamətində nəzərdə tutulan tədbirlər barədə məlumat verilib.

Tədbirin rəsmi açılışında kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov və Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxış ediblər. Çıxışlarda aqrar sektorun inkişafı, fermer və sahibkarlar üçün yaradılan dövlət dəstəyi imkanları, innovativ texnologiyaların tətbiqi və regionlarda kənd təsərrüfatı istehsalının genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Panel müzakirəsində kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli, Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev, Nazirliyin Bitkiçilik şöbəsinin müdiri Pərviz Yusifov, Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firidun Tağıyev, Aqrar Sığorta Fondunun Şəmkir Filialının rəhbəri Valeh Əsədov, AQTA Gəncə-Daşkəsən regional bölməsinin rəis müavini Firdovsi Ələkbərov, ADSEA Göygöl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin şöbəsinin rəisi Gündüz Cəlilov, “Unibank”ın Gəncə Filialının rəhbəri Həbib Cəfərov spiker qismində iştirak ediblər.

Panel çərçivəsində bitkiçilik, balıqçılıq və akvakultura, heyvandarlıq və intensiv meyvə bağlarının inkişafı üzrə aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Hər bir istiqamət üzrə mövcud imkanlar, dövlət dəstəyi mexanizmləri, maliyyələşmə və sığorta alətləri, həmçinin fermerlərin təsərrüfat fəaliyyətində qarşılaşdıqları çətinliklər müzakirə olunub.

Tədbirdə fermer və sahibkarların ünvanladığı suallar dövlət proqramının torpaq və suvarma, meyvə-tərəvəz, balıqçılıq işçi qrupunun üzvləri və digər iştirakçı qurumların nümayəndələri tərəfindən cavablandırılıb, aqrar sahədə fəaliyyət göstərən təsərrüfat subyektlərinin dövlət dəstəyi mexanizmlərindən daha səmərəli yararlanması ilə bağlı tövsiyələr verilib.

Panel müzakirəsi çərçivəsində iştirakçılarla dövlət qurumları və aqrar sektorun digər nümayəndələri arasında birbaşa fikir mübadiləsinin aparılması, mövcud məsələlərin yerində müzakirəsi və praktik həll yollarının müəyyənləşdirilməsi imkanları yaradılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Sentyabr 2026 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see313

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see304

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see287

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see271

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see264

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see253

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see221

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see220

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see214

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see210

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see205

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see203

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see197

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see195

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see192

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see191

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see188

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see182

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see166

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri