Icma.az
close
up
RU
Göygöldə şəhid ailələri ilə görüş

Göygöldə şəhid ailələri ilə görüş

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Göygöl rayonunda Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın ailə üzvləri ilə keçirilən görüşlər dərin ehtiram və kövrək duyğularla davam edir. Rayon icra hakimiyyəti başçısının iştirakı ilə təşkil olunan növbəti görüşdə şəhid ailələrinin arzu və istəkləri dinlənilib, onların qayğı və problemləri xüsusi diqqət mərkəzində saxlanılıb.

Görüş zamanı çıxış edən RİH-in başçısı Vüqar Novruzov Azərbaycan tarixini öz qanı ilə yazan igid Vətən oğullarının adlarının xalqımızın yaddaşında əbədi yaşayacağını vurğulayıb. Bildirib ki, şəhidlərimizin əziz xatirəsi daim uca tutulur, onların ailələri isə dövlətimizin və cəmiyyətimizin ən müqəddəs əmanəti kimi qorunur. Qeyd olunub ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanların ailələrinə və müharibə əlillərinə dövlət tərəfindən hərtərəfli diqqət və qayğı göstərilir.

RİH başçısı çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən birinin məhz şəhid ailələrinin, müharibə veteranlarının və əlillərinin sosial müdafiəsinin gücləndirilməsi olduğunu bildirib. Bu kateqoriyadan olan vətəndaşların problemlərinin vaxtında və operativ şəkildə həllinin daim diqqət mərkəzində saxlanıldığı xüsusi qeyd edilib.

Görüşdə söz alan şəhid valideynləri övladlarının keçdiyi şərəfli döyüş yolundan danışaraq, onların igidliyi, mərdliyi və Vətən sevgisi ilə bağlı xatirələrini bölüşüblər. Qürurla, lakin kövrək hisslərlə danışılan bu xatirələr zalda duyğulu anlar yaşadıb. Şəhid ailələrinin müraciətləri dinlənilib, onları narahat edən məsələlər öyrənilib, problemlərin həlli istiqamətində müvafiq tapşırıqlar verilib.

Göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirən şəhid yaxınları dövlətin onlara hər zaman həssaslıqla yanaşdığını, dərdlərinə şərik olduğunu vurğulayıblar. Onlar qeyd ediblər ki, Vətən uğrunda canını fəda edən oğullarının xatirəsinin uca tutulması, ailələrinə göstərilən diqqət və ehtiram onların ən böyük təsəllisidir.

Bu görüşlər bir daha göstərir ki, şəhidlərimizin xatirəsi təkcə yaddaşlarda deyil, görülən işlərdə, göstərilən qayğıda və dövlət–vətəndaş birliyində yaşayır. Göygöldə keçirilən bu səmimi görüşlər Vətənə yazılan talelərin unudulmadığının, şəhid ailələrinin daim diqqət və qayğı ilə əhatə olunduğunun bariz nümunəsidir.

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Dekabr 2025 00:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see391

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see388

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see356

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see344

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see315

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see287

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see269

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see262

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see245

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see240

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see234

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see228

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see218

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see216

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see209

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see203

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see196

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see194

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see175

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri