Icma.az
close
up
RU
Göylərlə zarafat etmək olmur, Səbuhi, yazın gecikir...

Göylərlə zarafat etmək olmur, Səbuhi, yazın gecikir...

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Salam Subxi, yox ey Saboş deyəcəm yenə, 1 ildir ki, işə gəlmirsən. Artıq qayıdacağına ümidim qalmadı. Bilirəm, imkanın olsaydı gəlib oralardan elə bir reportaj yazardın ki... Yerdəkilər bir yana, göydəkiləri də vurardın bir-birinə. Görünür, göylərlə zarafat etmək olmur Səbuhi...

Bir dəfə göyləri yaxından görmüşdün deyəsən. 3 gün komada qalıb ayılmışdın, gəlib dedin ki, Səbiş, bir yaşıllıq yerdəydim, adam heç qayıtmaq istəmirdi. Mən də sənə necə qıydım bilmirəm, amma dedim ki, uydurma, sən olsa-olsa ocaq filan qalayırdın o tərəfdə, bu boyda yeyib-içməkdən sonra səni kimdir yaşıllığa buraxan? Azər Hüseynbala da dedi ki, o bir yolunu tapacaq, heç bədgüman olma...

Gözümüzün önündə həyatla vidalaşırdın, özü də ən ağır variantda. Amma biz heç inana bilmirdik. Xəstəxanadan qayıdan Hafiz Heydərov “dostlar, vəziyyət çox ciddidir” deyəndə tez dilləndim ki, boş ver Saboş hacıyatmazdır, yıxılıb yenə qalxacaq. Sən Ukraynaya əməliyyata gedəndə bundan da pis idin, lakin ordan gəldin, çünki gəlmək istəyirdin. Bu dəfə heç qalmaq istəmədin...

Getdiyin yerlərdə həmişə aləm dəyirdi bir-birinə. İnanmaq istəyirəm ki, orda özün də, ətrafına da hüzur içindədir. Demək, sizə nəyi deyim, doxsanların ən sonuncu ili idi. Məni səhhətimlə bağlı yay aylarında valideynlərim Naftalana aparıb ki, özləri qulluq etsin. Həmin il evlənmişdim. Bir də gördüm Səbuhi zəng edir ki, bəs mən də gəlim Naftalana, həm gəzim, həm də daha çox orada toplaşan Xocalı köçkünləri, faciə şahidləri ilə yazı yazaram. Dedim dur tərpən. Evdə də elan etdim ki, bəs bizim tanınmış yazarımız, reportyorumuz, bütün ölkəyə səs salan Səbuhi Məmmədli bizə qonaq gələcək. Hamı sevindi, eyni zamanda bir təlaşa düşdülər ki, o boyda adam gəlir tez durun hazırlığa başlayaq. Nə qədər deyirəm ki, bu qədər də həyəcanlanmayın, Səbuhi təmtərağa fikir verən deyil, amma kimə deyirsən. Bacım kraxmallı süfrəyə bohema qab-qacaq dəsti düzür, anam mətbəxə girib, qollarını çırmalayıb, atamı da tələsik bazara göndəriblər. Hələ həkim yeznəm yayın cırhacırında özünə bir kostyum seçib, qalstuku da sərib onun üstünə. İndi də açılmamış ağ köynək axtarır. Gördüm bunlara heç nəyi izah edə bilməyəcəm, pəs etdim. Onsuz da özümlə əlləşirdim. Dedim Səbuhi gələndə mənə də deyərsiniz.

Hə Səbuhi gəldi, nə gəldi. Yayın istisində 4 saatlıq maşında yol gələn adam necə olar? Saç-baş yenə dağınıq. Özünə gəlmək üçün birinci üzünə-gözünə su vurmağa getdi. Sonra gəlib kirimişcə divanda yanımda oturdu, ordan süfrəyə boylandı. Mənə dedi ki, bu gün sizdə nəsə qonaqlıq var, kimlərsə gələcək? Dedim əşi hamısı sənin üçündür, dur gəl bəri. Onu belə sadə görəndən sonra evdəkilər də bir rahat nəfəs aldı, yeznəm qalstukunu çıxartdı. Səbuhi bu cür idi, qarşısındakına elə bir güvən verərdi ki...

Bizimkilər amma yenə dinc dayanmır. Atamla, yeznəm deyir ki, sən ordan bura gəlmisən bir az dincəl, səni aparacağıq bizim dağlara, Ağcakənd tərəfə. Oralarda da 1-ci Qarabağ müharibəsində qızğın döyüşlər gedib, bizim əsgərin qələbəsi ilə bitib. Səbuhinin gözləri güldü, hə gedək-gedək... Sözün qısası məni də özləri ilə darta-darta apardılar o dağa-kəsəyə. Bir şırhaşırla çay axır ki, sərinliyi səni meyxoş edir. Hava adamı qurd kimi acdırır. Yenə orada üstü çadırdan qurulan bir talvarda süfrə qurulur. O vaxt oraların kafesi belə olurdu. Hamı süfrəyə təzəcə əlini uzatmışdı ki, aralıqda oxuyan bir aşıq sazı sinəsinə sıxıb, başının dəstəsi ilə gəlib peyda oldu. Bizimkilər tez durub şabaş verdilər, aşıq da cuşa gəldi. Hiss edirəm ki, Səbuhinin bu mənzərədən heç xoşu gəlmədi. Durub aşığın qulağına nəsə dedi və o yazıq da susub, başını aşağı saldı. Özü də görürəm əli sazlı kişi artıq heç mən tərəfə baxmır. Soruşdum ki, nə dedin ona, o, yazıq qıp-qırmızı olub. Dilləndi ki, əşi heç nə, dedim bu gənc xanım hamilədir, sənin səsin onun başına düşür, ürəkbulantısı verir. İndi mən qızardığımdan bilmirəm buna nə deyim. Yenə ürəyimdə saxlamadım: “Təpən ölməsin elə, yazıqsan. Heç elə söz deyərlər yad kişiyə. Ay qaqa, biz tərəfdə qadının hamilə olduğunu belə gözə soxa-soxa heç kimə, xüsusilə də yad kişilərə deməzlər. İndi mən onun gözünə necə görünüm?”. Səbuhini da kefi kök idi, heç sıxıntılarım vecinə də deyil. Bu aşığın hələ yaxşı vaxtları idi. Başladı ki, ümumiyyətlə, muğam olan yerdə aşıq nəyə lazımdır. Ayağa qalxıb, üz-gözünə bir az ciddi görkəm verib çıxış da etdi:

“Aşıq qardaş, Azərbaycan xalqının möhtəşəm musiqi tarixi var. Operaları bir kənara qoyuram hələ, muğam bizim klassikamızdır. Bütün dünya hələ də bu möcüzəni təhlil etməklə məşğuldur. Saz isə folklordur”.

Binəva aşıq gözünü döyə-döyə buna baxır nə dediklərini çox güman ki, anlamır, amma çox pərt olub. Hər nə isə atam durub aşığa əlavə şabaş verib yola salır. Amma Səbuhi məzəli söz-söhbəti ilə məclisi yenidən elə canlandırır ki, heç aşığa ehtiyac qalmır. Anladım ki, bunu qəsdən elədi, fikirləşdi ki, məclisin bir assolisti olar.

Bizim Saboş belə idi, öz dönəmində reportyorluğun da assolisti oldu. Onun gedib yazdığı yerlərdən, nə yazsan ki... Adam getdiyi, yazıb yaratdığı yerlərə elə imza atır ki, hünər istəyir bunu yeniləsin.

Bu gün bir ildir ki, səndən zəng gəlmir, yazın gecikir...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://lent.az
archiveBu xəbər 17 Yanvar 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see304

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see277

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see248

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see196

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see184

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see166

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see165

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see162

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see146

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see141

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see133

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see131

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

Neymar və het trik

04 Dekabr 2025 09:17see128

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see128

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see128

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see126

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri