Icma.az
close
up
RU
Göyqurdlar AFFA dan izah gözləyir

Göyqurdlar AFFA dan izah gözləyir

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Ölkəmizin qadınlardan ibarət futbol yığması Millətlər Liqası çərçivəsində ev oyununda Litvaya məğlub oldu.

C liqasının 4-cü qrupunda yer alan, Siyasət Əsgərovun çalışdırdığı komanda"ASCO Arena"da keçirilən qarşılaşmada biabırçı hesabla (0:5) uduzdu! Bununla da qrup mərhələsini lider kimi başa vurmaq, B liqasına adlamaq şansını itirən yığmanın indi yalnız qrup ikincisi kimi pley-off matçında bəxtini sınamaq şansı var.
“Göyqurdlar” azarkeş qrupunun rəhbəri Elnur Şəriflidən həm məğlubiyyət, həm də minifutbol üzrə dünya çempionatında tribunalarda olmamaları ilə bağlı fikirlərini öyrəndik. O, "Football-plus.az"a açıqlamasında belə dedi:

“Biz “Göyqurdlar” azarkeş qrupu olaraq, əsas millilərimizi yalnız nəticəyə görə yox, Azərbaycanın adını və bayrağını təmsil etdiklərinə görə dəstəkləyirik. Qələbə qazansalar da, uduzsalar da, meydanda Azərbaycan bayrağı üçün döyüşən hər bir futbolçunun yanında olmuşuq və olmağa davam edəcəyik. Lakin Litva ilə bu qədər vacib oyundan öncə 4 əsas qadın futbolçunun kişilərin oynadığı şou xarakterli Media Liqasında oynaması bizim üçün anlaşılmaz və qəbuledilməz oldu. Matçdan bir gün əvvəl bu məsələ ilə bağlı həm baş məşqçiyə, həm də komandanın məsul şəxsinə suallar ünvanladıq. Təəssüf ki, verdikləri cavablar bizim üçün qənaətbəxş deildi. Rəsmi səhifəmizdə bu məsələni qabartmamağımızın əsas səbəbi isə uğursuz nəticə halında “psixoloji təzyiq göstərdiz”, “komandanın motivasiyasını pozduz” kimi iddialarla “qurbanlıq qoyun” elan olunmağı istəməməyimiz idi. Vacib qarşılaşmadan öncə 4 əsas futbolçunun şou xarakterli tədbirə göndərilməsi istər-istəməz komandanın daxilində intizam və ya qərarvermə mexanizmi ilə bağlı suallar doğurur. Belə halların baş verməsi həm futbolçuların, həm də azarkeşlərin motivasiyasına zərbə vurur. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının bu məsələyə aydın və ictimaiyyətə açıq izah verəcəyinə ümid edirik. İnkişaf yalnız şəffaflıq və inam üzərində qurula bilər. Matçdan əvvəl qadın futbolçularla görüşdük, uğurlar arzuladıq və Litvada 2:0 hesabı ilə qalib gəldikləri səfər oyununda meydana çıxan oyunçularımıza “Göyqurdlar” tişörtlərini hədiyyə etdik. Çünki biz bu komandaya inandıq, yanında olduq. Bundan başqa, diqqət yetirilməli başqa bir məqam da oyunun vaxtı və məkanıdır. Bizim tərkibimizdə azyaşlı yoxdur və yer verməməyi doğru bilirik. Heyətimizin əksəriyyəti tələbələr və işləyən insanlardır. Həftəiçi saat 18.00-da oyun keçirilməsi azarkeşlərin iştirakını ciddi şəkildə məhdudlaşdırır. Bakı kimi böyük və nəqliyyat yükü ağır olan bir şəhərdə, iş və dərs saatlarının bitdiyi pik zamanda oyuna çatmaq real deyil. Gələcəkdə oyun saatlarının və stadion təyinatlarının bu reallıqlar nəzərə alınaraq planlaşdırılmasını arzulayırıq. Minifutbol üzrə dünya çempionatında komandanı tribunadan toplu şəkildə dəstəkləmədik. Çünki biz bu turniri nə peşəkar, nə də ciddi idman turniri kimi qəbul edirik. Dünyada tanınmış futbol təşkilatlarının heç biri belə yarışları ciddiyə almır. Biz yalnız kişilərdən və qadınlardan ibarət yığmalarımızı dəstəkləyirik və gələcəkdə də diqqətimizi məhz bu komandaların yanında olmağa yönəldəcəyik”.

ƏSƏD SEYİDOV
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 05 İyun 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see360

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see358

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see319

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see308

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see307

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see292

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see290

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see281

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see249

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see247

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see238

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see233

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see230

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see229

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see220

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see213

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see191

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see189

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri