Icma.az
close
up
RU
“Göyqurdlar”: “Oyunlar ya “Tofiq Bəhramov”da, ya da “Neftçi Arena”da keçirilməlidi”

“Göyqurdlar”: “Oyunlar ya “Tofiq Bəhramov”da, ya da “Neftçi Arena”da keçirilməlidi”

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Bilindiyi kimi, DÇ-2026-nın seçmə mərhələsinə hazırlaşan millimiz yayda növbəti yoldaşlıq oyunlarını keçirəcək. Yığmamız iyunun 7-də Riqada Latviya, 10-da isə evdə Macarıstan ilə qarşılaşacaq. Qəzetimizin ötən saylarından birində ikinci matçın harda keçirələcəyinin bəlli olduğunu yazmışdıq. Belə ki, komandamız rəqibini Mərdəkanda “Liv Bona Dea Arena”da qəbul edəcək.

Əlbəttə, AFFA-nın belə seçim etməsi birmənalı qarşılanmadı ki, bu da normaldı. Axı qurumun yeni rəhbərliyi futbolun kütləviləşdirilməsi və bölgələrdə təbliği siyasətinə uyğun addımlar atılacağını demişdi. İnsafən, qurumun bu yöndə ilkin addımlar atdığını xatırlatmalıyıq. Çünki yığmamız Rövşən Nəcəfin AFFA prezidenti təyin edilməsindən sonra rəqibləriylə paytaxtın, demək olar ki, mərkəzində yerləşən, insanların sıx məskunlaşdığı və gediş-gəlişin nisbətən asan olduğu Tofiq Bəhramov adına Repsublika stadionunda, Qəbələdə, Sumqayıtda – Mehdi Hüseynzadə adına şəhər stadionunda və Masazırda – “Bank Respublika Arena”da qarşılaşıb. Təbii ki, ortaya haqlı sual çıxır: bu dəfə niyə “Liv Bona Dea Arena”?
Bu yöndə danışarkən, ölkə kubokunun ötən mövsümkü finalında, yəni “Qarabağ” – “Zirə” qarşılaşmasında, millimizin bu idman qurğusunda keçirdiyi matçlarda və “Araz-Naxçıvan”ın ev oyunlarında qeydə alınan tamaşaçı saylarını xatırlamaq yerinə düşər. Yalnız “köhlən atlar”la “qartallar”ın duelində anşlaq yaşanıb ki, onda da stadion tam dolmayıb (5500 tamaşaçı). Ümumiyyətlə, mövsüm ərzində “qırmızı-ağlar”ın xeyli ev oyununa yerində şahidlik edən idman jurnalisti kimi bildirməliyəm ki, burda xeyli tribuna nəniki toz basıb, quru palçıqdı, palçıq! Bu məsələyə cavabdeh olan şəxslər oyundan əvvəl satılan bilet saylarından xəbərdar olduqları üçün oturacaqları təmizləməyə belə ehtiyac duymur! Stadionda tablo yoxdu! Düzdü, iyunun 7-nə qədər bu və başqa problemləri aradan qaldırmaq mümkündü. Amma AFFA niyə matçın bölgələrdə, heç olmasa, paytaxtın daha mərkəzi yerlərində keçirilməsinə çalışmadı? DÇ-2026 kimi mötəbər turnirə hazırlıq mərhələsində daha azarkeşin dəstəyinə, sevgisinə ehtiyac görülmür? Bəlkə bəzi tərəfdarların Haitidən 4-cü qolu vurmasını tələb etməsi, Belarusun qələbə bayramına qoşulması qurumu küsdürüb? Hər halda, bu yöndə cavabsız sual çoxdu və məkanın bundan sonra dəyişdirilməsi yönündə hansısa addım atılacağına inanmaq çətindi. Bu bizim mövqeyimiz.
Bəs yığmanın əsas azarkeş qrupu “Göyqurdlar” məsələyə necə yanaşır? Matçın Mərdəkanda keçirilməsi komanda ilə azarkeşlər arasında olan bağın daha da incəlməsinə səbəb ola bilərmi? Ümumiyyətlə, Macarıstanla matçın “Liv Bona Dea Arena”da keçirilməsi düzgün seçimdimi? Fanklubun rəhbəri Elnur Şərifli qəzetimizə açıqlamasında qərarı belə şərh etdi:

“Biz AFFA rəhbərliyinə dəfələrlə bildirmişdik ki, millimizin oyunlarının keçirildiyi stadion seçimi azarkeşlərin iştirakı üçün son dərəcə vacibdi. Açıq şəkildə demişdik: tribunaları doldurmaq istəyirsizsə, oyunlar ya Tofiq Bəhramov adına Respublika stadionunda, ya da “Neftçi Arena”da keçirilməlidi. Santuşla görüşümüz zamanı o da bizə açıq demişdi ki, millinin bazası “Liv Bona Dea Arena”nın yanında yerləşdiyi üçün onlar üçün logistika baxımından həmin stadion daha əlverişlidi. Mərdəkandakı stadion bizim üçün üçüncü seçim idi, amma yenə də şükür edirik. Çünki Sumqayıt və Masazırda yerləşən stadionların vəziyyəti doğrudan da biabırçı idi. Şəxsən mən özüm həyatımda Masazırdakı stadion kimi həm “yeni”, həm də uçqun vəziyyətində olan idman qurğusu görməmişdim. O stadion, ümumiyyətlə, “qara siyahıya salınmalıdı”. Orda milli komanda adına oyun keçirmək, sadəcə, hörmətsizlikdi. Görünür ki, səsləndirdiyimiz irad və təkliflər nəzərə alınıb, nəticədə “Liv Bona Dea Arena” seçilib. Bura bizim üçün yad yer deyil. 2010-cu ildən bu stadionda çox sayda oyunda iştirak etmişik. Ən möhtəşəm xatirələrimizdən biri isə “Neftçi” –APOEL matçında, “Sector 11” tribunasında yaşadığımız atmosfer idi”.


Elnur bəy Mavcarıstanla oyunda qələbə qazanmağın vacibliyindən də danışdı:

“Ümumiyyətlə, bu il bizim üçün xüsusi əhəmiyyət daşıyır: Macarıstanla keçiriləcək matç həm də tribunaya addım atmağımızın 15 illiyini qeyd edəcəyimiz oyun olacaq. “Sektor 11” 2010-cu ilin iyununda quruldu və bunu ilk dəfə məhz sizin qəzet yazdı: “11-ci sektorda “Sektor 11” banneri açıldı, ancaq səbəbini başa düşə bilmədik”. Bir müddət fasilədən sonra 2023-cü ildə “Göyqurdlar” adıyla tribunaya qayıtdıq və bu dəfə daha güclü və məqsədyönlü şəkildə irəliləyirik. Ona görə Macarıstanla matç bizim üçün, sadəcə, bir oyun yox, bayram ab-havasında tribunaya dönüş rəmzi olacaq. 15 il ərzində tribunada bərabər dayandığımız dostlarımızla birlikdə bu ruhu yenidən yaşayacağıq. Əlavə olaraq, macar azarkeşlərlə eyni tribunada olmaq istəyimizi AFFA-ya çatdırdıq. Macarlar bizim qardaşlarımızdılar. Onlarla eyni tribunada olub komandalarımıza bərabər dəstək vermək bizim üçün xoş olar. Millimizə sevgimiz sonsuzdu. Sevməsək, nəticələr də vecimizə də olmazdı. Sevgi isə həm də tələbkarlıq gətirir: insan sevdiyindən gözlənti içində olur, səhvlərini düzəltməsini istəyir. Oyunçularla aramızda çox açıq və səmimi danışıqlar olub. Onlar artıq bizdən nə gözlədiklərini yaxşı bilirlər. Bizim yolumuz birdi: komandanı ayağa qaldırmaq! Və buna nail olana qədər də onlardan əl çəkməyəcəyik. Həmişə dediyimiz kimi: bayrağın izində!”


KƏNAN BAHADIR
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 10 Aprel 2025 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see184

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see136

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see130

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see130

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see128

“Erməni kilsəsi milli siyasi manipulyasiya mərkəzi olub”

23 Dekabr 2025 10:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri