Icma.az
close
up
RU
“Göz gözü görmür“ Naxçıvanda işıqlandırma problemi bir aydır həll olunmur VİDEO

“Göz gözü görmür“ Naxçıvanda işıqlandırma problemi bir aydır həll olunmur VİDEO

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Artıq bir aya yaxındır ki, Naxçıvan şəhərinin bəzi küçə və prospektlərində işıqlandırma sistemi işləmir. Qaranlıq səbəbindən sakinlər gecə saatlarında yolu əl fənərləri vasitəsilə işıqlandırmağa məcbur qalırlar. Xüsusilə şəhərin Babək məhəlləsində yeni quraşdırılan işıq dirəklərinin də yanmaması narahatlıq doğurur. Vətəndaşlar mövcud vəziyyətin həm piyadalar, həm də sürücülər üçün ciddi təhlükə yaratdığını bildirirlər.

Moderator.az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.

Sakinlərdən biri vəziyyəti belə təsvir edib: "Ətraf qaranlıqdır, göz-gözü görmür. İşıqlandırma olmadığı üçün yollarda qəza təhlükəsi yaranır. Nə uşaqlar, nə də böyüklər yolu rahat keçə bilirlər. Burada dəfələrlə qəza baş verib. Bundan əlavə, küçələrdə sahibsiz itlər çoxalıb, binaların girişlərinə doluşur və uşaqların üstünə cumurlar. Qaranlıqda isə onları görmək mümkün deyil".

Digər bir sakin problemin təxminən bir aydır davam etdiyini qeyd edib: "Bu gün elə burada bir iti maşın vurdu. Onun yerində insan da ola bilərdi. Yaşlı olduğumuz üçün axşam gəzintisinə çıxmağa qorxuruq, çünki bu qaranlıqda hərəkət etmək çox çətindir".

Məsələ ilə bağlı Naxçıvan Şəhər İcra Hakimiyyətindən bildirilib ki, şəhərin bəzi küçələrində işıqlandırma sisteminin müvəqqəti işləməməsi texniki nasazlıqlarla əlaqədardır. Qurumdan qeyd olunub ki, nasazlıqların aradan qaldırılması məqsədilə təchizatçı şirkət tərəfindən təmir-bərpa işləri aparılır və problemin qısa müddətdə həlli üçün zəruri tədbirlər görülür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://moderator.az
archiveBu xəbər 16 İyul 2026 08:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see382

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see364

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see305

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see295

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see293

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see289

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see285

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see269

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see245

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see236

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see230

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see229

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see227

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see225

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see221

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see220

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see203

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see189

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri