Gözdən düşən qapıçı Fənərbaxça dan ayrılmağa yaxındı
Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.
''Fənərbaxça''da belə desək, qapıçıların sıralaması dəyişib.
"Football-plus.az" xəbər verir ki, mövsümün əvvəlində 3-cü qapıçı statusunda transfer edilən Tarık Çətin məşqlərdəki performansı və istəkli olması ilə önə çıxıb. O artıq ikinci qapıçı statusundadı. İrfan Can Eğribayat isə artıq gözdən düşüb. Halbuki bu qapıçı ötən mövsüm Joze Mourinyonun dönəmində inamlı oyunu ilə diqqət çəkmiş və bəzi aylarda Dominik Livakoviçi kölgədə qoyaraq birinci qapıçı kimi çıxış etmişdi. Bu yay Edersonun transfer edilməsini ardından İrfan Can mövsümə ikinci qapıçı kimi başladı və şans qazandığı oyunlarda ümidləri doğrulda bilmədi.
27 yaşlı əlcək sahibi xüsusilə ''Alanyaspor''la ev matçının (2:2) son saniyələrində kobud səhvə yol verərək xal itkisinin başlıca səbəbkarı oldu. 2022-nin yayından ''sarı-lacivərdlilər''in şərəfini qoruyan İrfan Can hazırda klubda 3-cü qapıçıdı və onun qışda ayrılması gündəmdədi.
Yağız Sabuncuoğlunun xəbərinə görə İrfan Cana görə ''Fənər''ə Polşadan rəsmi təklif gəlib. Amma təklif göndərən klubun adı açıqlanmır. Qeyri adi bir şey baş verməsə təcrübəli qapıçı qışda ayrılacaq və ''Fənərbaxça'' yeni əlcək sahibi almalı olacaq. ''Fənər''lə 2027-yə qədər müqaviləsi olan Eğribayat bu mövsüm 3-ü ÇL-in təsnifatında və 3-ü superliqada olmaqla 6 qarşılaşmada forma geyib. Bu oyunlarda 7 qol buraxıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 12 Dekabr 2025 20:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















