“Gözəllik kraliçası” evində ölü tapıldı Şübhəli qayınanasıdır
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Keçmiş “gözəllik kraliçası” Karolina Flores Qomes Mexiko şəhərindəki mənzilində ölü tapılıb.
“Qafqazinfo” “Reporte Indigo” nəşrinə istinadən xəbər verir ki, başından güllə yarası almış Qomesin qətlində qayınanası şübhəli bilinir.
Mexiko prokurorluğu işi qəsdən adam öldürmə kimi tövsif edib.
2017-ci ildə Aşağı Kaliforniya ştatında “Miss Teen Universe” titulunu qazanmış Qomesin aprelin 15-də qətlə yetirildiyi güman edilir. Polisin məlumatına görə, hadisə baş verdikdə o, həyat yoldaşı Alexandro Qomes və onun anası Erika Mariya ilə birlikdə evdə olub.
Xüsusi diqqət çəkən məqam hadisə barədə polisə 1 gün sonra məlumat verilməsidir. Bu, hüquq-mühafizə orqanlarında müraciətin gecikdirilməsinin səbəbləri barədə suallar doğurub.
Qeyd edək ki, faciə Meksikada qadınlara qarşı zorakılıq səbəbindən artan ictimai narazılıq fonunda baş verib. Yerli vətəndaş təşkilatları işin femisid - BMT Qadınlar Təşkilatının (UN Women) “gender motivli qəsdən adamöldürmə” kimi müəyyən etdiyi cinayət olaraq tövsif edilməsini tələb edir.


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 23 Aprel 2026 13:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















