Gözəllik salonunda 100 manata bədənşəkilləndirmə əməliyyatı edirlər? Video
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Nigar Güləhmədova adlı qadın bədənşəkilləndirmə proseduru üçün müraciət etdiyi “By Mahsati” gözəllik salonundan şikayətçidir.
“Qafqazinfo” xəbər verir ki, həmin qadın sözügedən prosedur üçün gözəllik salonuna 100 AZN pul ödədiyini iddia edir:
“100 manat ödəniş etdim. Dedilər ki, sabah yox, birisi gün prosedur təyin ediləcək. Bir gün gözlədim, ikinci gün mənə xəbər gəlmədi. Yenidən müraciət edib pulumu geri qaytarmağı tələb etdim. Birinci, dedi qaytarırıq pulu, sonra bildirildi ki, pul qaytarmırıq, hara istəyirsiniz, müraciət edin, müraciət etdiyiniz təşkilatlara məndən də salam deyərsiniz”.
Məsələ ilə müəssisədən bildirilib ki, ora gözəllik salonu yox, estetik mərkəzdir. Həmin yerdə prosedur icra etmək üçün müvafiq sertifikatlarının olub-olmaması sualına isə cavab verməkdən imtina ediblər:
“O kimdir axı 100 manat verib, biz düşək onun dalınca? Deyirəm ki, ay xanım, pul istəyirsən gəl pulunu verim əl çək məndən. Deyir mən sənə kart verə bilmərəm. Mənim salonum gözəllik salonu deyil. Burada qaş, dırnaq düzəltmirlər. Mənim salonumda C8 proseduru icra olunur”.
Məsələ ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib ki, 2025-ci ildə sözügedən mərkəzlə bağlı agentliyə 5 istehlakçı müraciəti daxil olub.
“Keçirilmiş araşdırmanın nəticələrinə əsasən, 2 müraciət üzrə müraciət edən şəxslərə qanunvericiliyə uyğun izahat və tövsiyələr verilib. Digər müraciətlər üzrə araşdırmalar davam etdirilir. 2026-cı ildə isə həmin mərkəzlə bağlı 1 istehlakçı müraciəti daxil olub və hazırda bu müraciət üzrə araşdırma aparılır”.
Ətraflı “Baku TV”nin süjetində:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 23 Yanvar 2026 22:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















