Gözəllik salonunda tərk edilən bacı qardaşla bağlı Rəsmi AÇIQLAMA
Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakıda anaları tərəfindən gözəllik salonunda tərk edilən bacı-qardaşla bağlı qiymətləndirmə həyata keçirilir.
Avtosfer.az xəbər verir ki, bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən məlumat verilib.
“Uşaqların mövcud vəziyyəti nəzərə alınaraq onlar ƏƏSMN-in tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən sığınacağa yerləşdirilib. Hazırda uşaqların qiymətləndirilməsi həyata keçirilir. Qiymətləndirmənin nəticələrinə əsasən onlara fərdi inkişaf planı hazırlanacaq”, - açıqlamada vurğulanıb.
Qeyd edək ki, hazırda uşaqlar Mehriban Zeynalovanın Qadın və Uşaq Sığınacağındadırlar. Onlardan - qızın 8, oğlanın isə 9 yaşı var. Uşaqların heç bir sənədinin olmadığı, bu səbəbdən təhsildən yayındırıldıqları bildirilir.
Oxunub 92
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 28 Yanvar 2026 18:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















