Gözəllik yarışı: Ölkəmizi əməkdar artist təmsil edəcək Video
Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
Əməkdar artist Naina İbrahimova Azərbaycanı Misirdə keçiriləcək "Beauty queen of the universe" beynəlxalq gözəllik yarışında təmsil edəcək.
Kult.az Qaynarinfo.az-a istinadla xəbər verir ki, 51 yaşlı aktrisa bu haqda özü məlumat yayıb.
O bildirib ki, Qahirədə keçiriləcək yarışmada 150 ölkədən olan xanım çıxış edəcək. Naina İbrahimova ABŞ, İspaniya, Estoniya, Özbəkistan, Meksika, Mərakeş, Fransa, Almaniya, Livan və digər ölkələrdən olan qadınlarla birincilik uğrunda mübarizə aparacaq.
Xatırladaq ki, Naina İbrahimova 1995-ci ildən S.Vurğun adına Rus Dram teatrında aktrisa işləyir. 2010-cu ildə "Əməkdar artisti" fəxri adına alıb. "Bəyaz həyat", "Moskva-Bakı" qatarı", "Bir dəfə Qafqazda" kimi ekran işlərində rol alıb. 2013-cü ilin oktyabrında Fərid adlı fotomodellə ailə qurub. Onların 2015-ci ilin fevralın 23-də oğul övladı olub.
Baxış sayı:103
Bu xəbər 14 Noyabr 2024 21:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















