Icma.az
close
up
RU
“Gözəlliyim başıma bəla olub, qadınlar deyir ki, ərim sizi çox sevir” ÖZƏL

“Gözəlliyim başıma bəla olub, qadınlar deyir ki, ərim sizi çox sevir” ÖZƏL

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

“Baxmayaraq ki, sənət adamıyam, amma vaxt olduqca ev işlərimi də görürəm. Evdə vaxt keçirməyi çox sevirəm. Mən evdə olanda bayram olur. Bilirlər ki, yaxşı yeməklər hazırlayacam, hər şey qaydasında olacaq (gülür). Əlbəttə ki, bütün xanımlar, ələxsus analar belədir. Hər bir evdə, ailədə anaların qayğısına, onların istiliyinə ehtiyac var. Evdə olanda həftənin 1 yaxud 2 gününü nəvələrimə ayırıram. Onlar mənə “Dünyanın ən gözəl nənəsi”, “Gülüstan Əliyeva” və s. kimi müraciət edirlər. Bu da məni çox sevindirir”

Bunu Moderator.az -a açıqlamasında əməkdar artist Gülüstan Əliyeva deyib. O daha sonra əlavə edib:

“Arzunun böyüyü-kiçiyi yoxdur. Onlar bir-bir həyata keçdikcə insan özünü xoşbəxt hesab edir. Əlbəttə ki, nə qədər yaşayırıq arzular da var olacaq. Çox istərdim ki, insanlar bir-birinə mehriban baxışlarla baxsınlar. Sosial şəbəkələrdən bir az ayrılsınlar. Süni intellektlərdən uzaq dursunlar. Əlbəttə ki, bunlar artıq bizim həyatımıza daxil olub, onlardan yaxa qurtara bilməyəcəyik, amma o sevgini, duyğunu emojilərlə, şəkillərlə yox, səmimi hisslərlə, bir-birini qucaqlayaraq, yaxından hiss edərək, bir-birini sevərək yaşasınlar. Düşünürəm ki, bu insanların həm ömrünü uzadar, həm də bərabərlik olduğu zaman hər yer adama istidir, doğmadır. İnsanlara bu birlikdəliyi arzulayıram” deyə o bildirib.

“Gözəlliyinizi qısqananlar, paxıllığınızı çəkənlər varmı?” sualına sevilən sənətkar belə cavab verib:

“Gözəl olmaq çox böyük xoşbəxtlik və səadətdir. Amma bu bir o qədər də mənə mane olur. Zamanında da olub, bu gün də olur. Gözəlliyimi qısqananlar var. Bunu mənə üzdə göstərə bilməsələr də onların gözlərindən oxuyuram. Çox maraqlıdır ki, qadınlar mənə yaxınlaşıb deyirlər ki, həyat yoldaşım o qədər çox sevir ki, sizi.. Sizin mahnılarınızdan, səhnə performansınızdan ötrü ürəyi gedir. Soruşuram ki, bəs sən necə? Deyir ki, mən də sizi çox sevirəm. Əlbəttə ki, gözəl qalmaq üçün qəlbini, ruhunu gözəl tutmalısan. Həmişə səmimi olmalısan, pis fikirlərdən, fitnə-fəsadlardan uzaq qalmalısan” deyə sənətkar bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Dekabr 2024 20:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see473

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see458

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see320

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see308

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see301

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see299

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see296

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see288

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see260

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see258

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see254

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see251

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see250

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see250

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see248

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see246

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see244

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see243
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri