Gözlənilməz qonağa görə futbol yarımçıq qaldı VİDEO
Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Kosta-Rika futbol çempionatının “Quanakaste” – “Puntarenas” oyununda (2:1) qeyri-adi hadisə baş verib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, 86-cı dəqiqədə gözlənilməz qonağın gəlməsinə görə oyun yarımçıq qalıb. Belə ki, opossum meydançaya girib. Heyvan bu yaxınlarda yağan yağışlar və daşqınlar nəticəsində ciddi zədələnmiş yerli stadionun qazonunda 40 saniyə vaxt sərf edib.
“Quanakaste”nin hücumçusu Stiven Uilyams heyvanı nəzakətlə meydandan kənara çıxarıb, bundan sonra oyun davam etdirilib. Maraqlıdır ki, iki dəqiqə sonra Uilyams komandasına qələbə gətirən həlledici qolu vurub.
37 yaşlı Kosta-Rikalı üçün bu qol onun cari mövsümdə ilk vurduğu qol olub.

Gözlənilməz qonağa görə futbol yarımçıq qaldı VİDEO
22 Noyabr 2024 19:17
Barselonadan gözlənilməz məğlubiyyət Video
11 Noyabr 2024 09:10
Çovğuna görə çəkilişi yarımçıq qaldı Video
22 Fevral 2025 08:57
İnsanabənzər robotdan gözlənilməz hərəkət VİDEO
05 May 2025 12:07
Xalq artistinə gözlənilməz sürpriz VİDEO
24 Noyabr 2024 13:44

