Gözlənilməz ssenari: Maduro azadlığa buraxıla bilər...
GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ-da keçiriləcək məhkəmə prosesi Nikolas Maduro üçün gözlənilməz nəticə ilə yekunlaşa bilər. Analitiklərin fikrincə, onun ABŞ xüsusi xidmət orqanları tərəfindən saxlanılması avtomatik olaraq ömürlük həbs demək deyil. ABŞ-da müstəqil məhkəmə sistemi fəaliyyət göstərir və prokurorluq irəli sürülən bütün ittihamları sübut etməlidir. Əks halda Maduro azadlığa buraxıla bilər.
Globalinfo.az xəbər verir ki, müdafiə tərəfi dövlət başçısı immunitetinə, qeyri-qanuni saxlanılma və prosesin siyasi motivli olması arqumentlərinə əsaslana bilər.
Lakin ABŞ-ın Maduronun prezidentliyini legitim hesab etməməsi və 2024-cü il seçkilərini uduzduğuna dair mövcud sübutlar bu mövqeyi zəiflədir. Oxşar hüquqi arqumentlər vaxtilə Manuel Noriega işi üzrə də məhkəmə tərəfindən qəbul edilməmişdi.
Eyni zamanda, ekspertlər Maduronun Donald Trump ilə münasibətlər quraraq prezident əfvinə nail olmağa cəhd göstərəcəyini istisna etmirlər. Ancaq ABŞ administrasiyasında Venesuela hakimiyyətinə qarşı sərt mövqenin qalması bu ssenarini də çətinləşdirir.
Qeyd olunur ki, prosesin taleyi əsasən ittiham tərəfinin sübut bazasından asılı olacaq və mümkün qərar gələcəkdə legitimliyini itirmiş dövlət liderlərinə qarşı məhkəmə işləri üçün mühüm presedent yaradacaq.
Əliyar Xəlil
Globalinfo.az
Baxış sayı:52
Bu xəbər 07 Yanvar 2026 22:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















