Icma.az
close
up
RU
Gözləntilərimiz və haqlı tələbimiz özünü doğrultdu

Gözləntilərimiz və haqlı tələbimiz özünü doğrultdu

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son günlər bütün gözlər şimal qonşumuzda idi. Hamımız Rusiya rəhbərliyinin Azərbaycandan üzr istəməsini gözləyirdik. Xalqımız və dövlətimiz bu cür həssas və kritik məqamlarda həmrəylik nümayiş etdirməyi, bir yumruq kimi birləşməyi bacarır. Bu dəfə də dövlətimizin prinsipial mövqeyi və ictimai rəy öz sözünü dedi. Rusiya tərəfi Qroznıda vurulan təyyarəmizə görə ölkəmizdən üzr istəməyin zəruriliyini nəhayət ki anladı və bu addımı atdı.

Bunu "Xalq Cəbhəsi"nə Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin dekabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək, Bakı-Qroznı marşrutu üzrə uçuş yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalması və nəticədə baş vermiş faciəvi hadisə ilə bağlı üzrxahlığını ifadə edib, bu qəzada həlak olanların ailələrinə və yaxınlarına dərin və ən səmimi başsağlığını çatdırıb.

Ə.Hüseynovun fikrincə, Rusiya tərəfinin bu üzrxahlığı bütün Azərbaycan xalqının gözləntisi idi. Putinin İlham Əliyevə zəng edərək üzr istəməsi Rusiyanın Azərbaycan dövlətinin iradəsi və Azərbaycan xalqının ictimai rəyi ilə hesablaşması deməkdir. Təsadüfi deyil ki, bütün dünya mətbuatı da Putinin Azərbaycan liderindən üzrxahlığından yazır.

"Vaşinqton Post", "Nyu York Tayms", BBC kimi dünyanın nəhəng media qurumları bugünkü manşet xəbərlərində Putinin İlham Əliyevə zəng edərək üzr istəməsini işıqlandırıblar. Rusiya rəhbərliyinin üzr istəməsi həqiqətən də önəmli hadisədir. Bu, bütün Azərbaycan üçün prinsipial məsələyə çevrilmişdi:

"Rəsmi Bakının tələbi bu idi ki, Rusiya tərəfi faktı qəbul etsin, üzr istəsin və həlak olan sərnişinlərin ailələrinə təzminat ödənilsin. Putinin dövlətimizin başçısına zəng vurub üzr istəməsi prosesin başlanğıcıdır. Bu prosesin davamı da mütləq olacaq.

Hazırda işini davam etdirən dövlət komisssiyası və eləcə də beynəlxalq ekspertlərdən ibarət heyət tərəfindən hadisənin araşdırılması başa çatdıqdan sonra, Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190” təyyarəsinin Rusiyanın HHM sistemi tərəfindən vurulması və Aktauda qəza enişi etməsi nəticəsində zərərçəkənlərin ailələrinə təzminat ödənilməsi, araşdırmalar nəticəsində istər texniki, istərsə də qəsdən səhvə, diqqətsizliyə yol verənlərin cəzalandırılması istiqamətində də zəruri addımlar atılacaq. Bunları prosesin növbəti mərhələləri hesab edə bilərik. Azərbaycan bu məsələdə öz prinsipial mövqeyini axıra kimi davam etdirəcək. Prezident İlham Əliyev milli mənafelərimizi və haqqımızı qətiyyətlə qorumağı bacarır".

O, əlavə edib ki, bu gün önəmli olan əsas nəticə budur ki, Rusiya rəhbərliyi faktı qəbul etdi və üzr istədi. Bu hadisənin bizim üçün mənəvi əhəmiyyəti böyükdür. Azərbaycan və Rusiya arasında qonşuluq və strateji müttəfiqlik münasibətləri də Rusiya rəhbərliyinin üzr istəməsini vacib və qaçılmaz edirdi. Gözləntilərimiz və haqlı tələbimiz özünü doğrultdu. Növbəti mərhələləri gözləyək və dövlətimizin yanında olaq. İndi həmrəylik vaxtıdır.

Cavid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 29 Dekabr 2024 09:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri