Icma.az
close
up
RU
GÖZLƏR İSTANBULDA! Zelenski qərarını Ərdoğanla görüşdən sonra verəcək

GÖZLƏR İSTANBULDA! Zelenski qərarını Ərdoğanla görüşdən sonra verəcək

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə danışıqlarda atılacaq növbəti addımları yalnız Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra müəyyənləşdirəcək. Bu barədə “RBK-Ukrayna” agentliyi rəsmi mənbələrə istinadla məlumat yayıb. Ərdoğan və Zelenskinin görüşü bu gün günorta saatlarında Ankarada baş tutmalıdır.

Bu arada Rusiya Xarici İşlər Nazirliyi (XİN) Moskva nümayəndə heyətinin İstanbulda danışıqlarda iştirak üçün Türkiyəyə gəldiyini açıqlayıb.

Zelenskinin təyyarəsi artıq Ankaraya enib. Ukrayna mediasının məlumatına görə, Prezidentlə birlikdə Türkiyədə Ukraynanın Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sibiqa, Prezident Aparatının rəhbəri Andrey Yermak və onun müavinləri də olacaq.

Türkiyə Prezidentinin iş ofisi olan Dolmabaxça sarayının qarşısında isə səhər saatlarından etibarən yüzlərlə jurnalist toplaşıb. Rusiya KİV-ləri danışıqların yerli vaxtla saat 10:00-da başlanacağını bildirsə də, Kiyev bu məlumatı təkzib edib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, danışıqlar Türkiyə tərəfinin xahişi ilə günün ikinci yarısına təxirə salınıb.

“The Wall Street Journal” qəzetinin ukraynalı rəsmilərə istinadla yaydığı məlumata görə, Ukrayna nümayəndə heyəti İstanbul danışıqlarında yalnız 30 günlük atəşkəs məsələsini müzakirə etməyə hazırdır.

“The Washington Post” isə daha əvvəl xəbər vermişdi ki, Prezident Zelenski danışıqların təşkili prosesindən narazı qalıb və hətta ukraynalı nümayəndə heyətinin İstanbula getməsinin məqsədəuyğun olmadığını düşünürdü. Lakin ABŞ və Avropa müttəfiqləri Ukrayna liderini bu qərardan daşındıraraq nümayəndə heyətinin danışıqlarda iştirakına razı sala biliblər. Qəzetin digər məlumatına görə, ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff ukraynalı rəsmiləri inandırmağa nail olub ki, ruslarla birbaşa danışıqlarda iştirak etmək hər kəs üçün faydalı ola bilər.

Danışıqlardan bir gün əvvəl – çərşənbə günü axşam saatlarında Rusiya Prezidenti Vladimir Putin danışıqlar heyəti ilə geniş tərkibli müşavirə keçirib. Kreml məlumat verir ki, toplantıda xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Andrey Belousov, Rosqvardiyanın rəhbəri Viktor Zolotov, Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu, Baş Qərargah rəisi Valeri Gerasimov və FSB-nin rəhbəri Aleksandr Bortnikov iştirak ediblər.

Bu fakt müşahidəçilər tərəfindən Rusiyanın danışıqlara nə qədər ciddi və hərbi-siyasi güc mərkəzlərinin iştirakı ilə yanaşdığının göstəricisi kimi qiymətləndirilir.

Qeyd edək ki, daha öncə Prezident Zelenski danışıqlarda yalnız Putinlə birbaşa görüşün vacibliyini bildirmiş və əks halda prosesin mənasız olduğunu demişdi. Lakin sonradan bu sərt mövqe müəyyən qədər yumşaldılıb.

Rasim Əliyev

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 15 May 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri