Gözləyirdilər ki, Aygün dünyasını dəyişsin... FOTO
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Əməkdar artist Aygün Bəylərin bacısı, sənətçinin mahnılarının müəlliflik hüquqlarının qorunmadığından gileylənib.
Milli.Az xəbər verir ki, o bu haqda AZXEBER.COM-a müsahibəsində danışıb.
"Aygün xanımın mahnılarını oxuyan müğənnilər icazəsini alırlar?" sualına o maraqlı cavab verib:
"İnanın ki, bu böyük problemdir. Mahnıları oxuyanlar sağ olsunlar. Çox gözəl şeydir ki, Aygünün mahnılarını yaşadırlar. İcazə almağa ehtiyac yoxdur, halallıq almağa da ehtiyac yoxdur. Bu mahnıları Aygün onsuz da xalq üçün ifa edib. Bəlkə də müəlliflərdən icazə alırlar, bunu bilmirəm. Amma mən hərdən çox inciyirəm ki, o müğənnilər rəhmətliyin adını çəkmirlər. Sanki gözləyirdilər ki, Aygün dünyasını dəyişsin, onun mahnılarını sahiblənsinlər. Mən özüm də oxuyuram. Sadəcə olaraq istəyim budur ki, Aygünün möhür vurduğu mahnıları kimsə ifa edirsə, onun adını çəkib, rəhmət oxusun".
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 20 Noyabr 2024 14:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















