Icma.az
close
up
RU
Gözümüzdən qaçan qəpiklər kredit tarixçəmizi korlaya bilər AÇIQLAMA

Gözümüzdən qaçan qəpiklər kredit tarixçəmizi korlaya bilər AÇIQLAMA

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Adətən, banklar müqavilə bağlayanda qeyd edirlər ki, xidmət qeyri-iş gününə təsadüf edərsə, növbəti iş gününə keçirilir. Özlərinin depozit faizi ödənişi olduqda heç bir narahatlıq olmadan növbəti iş günündə edirlər. Amma iş vətəndaşın kredit ödənişinə gələndə əlavə faiz hesablanır.

Bunu Trend-ə açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.

Onun sözlərinə görə, əgər vətəndaş krediti qeyri-iş günündə ödəsə belə, gecikmə faizi hesablanmış olur:

"Banklar tələb edir ki, əgər ödəniş bayrama düşürsə, ödəniş əvvəlki iş günündə ödənilməlidir. Bu məsələ bir qədər mübahisəlidir. Əgər bu müqavilədə yoxdursa, burada banklar haqsızdır.

Bu, Mülki Məcəllə ilə tənzimlənən məsələdir, əgər ödəniş qeyri-iş gününə təsadüf edirsə, növbəti iş günündə edilə bilər. Vətəndaş burada diqqətli olmalıdır. Çalışmalıdır ki, adında gecikmə olmasın. Amma bir ay ərzində gecikmələrdə vətəndaşın kredit tarixçəsinin korlanması baş vermir. Yəni 1-2 gün gecikmə olduqda çox narahatlıq olmamalıdır. Sadəcə cərimə faizləri məsələsi var".

Ekspert bildirib ki, belə halların yaşanmaması üçün əvvəlcə müqaviləyə baxılmalıdır:

"Əgər müqavilədə qeyd edilibsə ki, ödəniş qeyri-iş gününə təsadüf etdikdə əvvəlki gün ödənilməlidir, bu edilməlidir. Bank bu addımı atıbsa və biz də razılaşmışıqsa, bir şey edə bilmirik. Amma belə bir müddəa yoxdursa, Mülki Məcəllənin tələblərinə uyğun olaraq ödəniş növbəti iş günü qüvvəyə minməlidir. Əgər müqavilədə varsa, hər hansı problem olmamalıdır.

Vətəndaş buna görə də müqaviləsinə mütləq baxmalıdır. Bunun nəticəsi bizə 2 formada təsir edə bilər. Birincisi, gecikmə faizi hesablanır, ikincisi, diqqətdən qaçmış məbləğ ola bilər. Məsələn, orada diqqətimizdən qaçmış qəpik-quruş qalaraq, aylarla gözdən qaça bilər. Bu da bizim kredit tarixçəmizi korlaya bilər. Ona görə də diqqətli olaq. Bankların, demək olar, hamısının mobil tətbiqləri var. Mütəmadi olaraq kredit tarixçəmizi yoxlamalıyıq. Vətəndaş özü bu informasiyaları almalıdır".

İqtisadçı ekspert Eyyub Kərimli isə Trend-ə qeyd edib ki, kredit ödənişləri müqavilənin şərtlərinə əsasən müəyyənləşir:

"Qeyri-iş günlərində ödənişlərlə bağlı müddəalar bankların müqavilələrində əks etdirilir. Bəzi banklar bunu müqavilədə qeyd edərək, belə olan halda ödənişin əvvəlcədən edilməsini də tələb kimi qoya bilir. Qanunvericilikdə bununla bağlı məhdudiyyət yoxdur"

"Hazırda bizdə ödənişlər daha çox terminallar və onlayn formada həyata keçirilir. Belə hallarda ödəniş növbəti iş günü hesaba oturur. Banklar çox zaman bunu nəzərə alırlar", - E.Kərimli deyib.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 21 İyun 2025 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see138

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri