“Gözündən iki damla yaş axdı, onunla da susdu Arif Babayevin qızı
Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Mənə çox çətindir, yarımçıq qaldım. Onun haqqında danışmaq da, fikirləşmək də çətindir. Elə bil ki, evimizin işığı sönüb. Arif Babayev burada olanda elə bil ki, ev dolu idi. 58 il bir yerdə yaşamışıq. Gün ərzində onunla bağlı bütün xatirələr yadıma düşür”.
Axşam.az xəbər verir ki, bu sözləri “Xəzər axşamı” verilişinə mərhum Xalq artisti Arif Babayevin doğum günündə həyat yoldaşı Gültəkin Babayeva deyib. Sənətçinin qızı Ruqiyyə Şirinova isə atası ilə bağlı son xatirəsini danışıb:
“Bizdən çox xahiş etdi ki, məni Qaxa aparın. Get-gedə vəziyyəti ağırlaşırdı, artıq yerimirdi. Elə bilirdi ki, Qaxa getsə, şəfa tapacaq. Orada bir həftə qaldı. Hər gün hiss edirdim ki, vəziyyəti daha da ağırlaşır. Sonuncu gün Qaxdakı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirdik. Yemək apardım ki, öz əlimlə yedirdim. Gördüm ki, artıq danışmır. Həmin an komaya düşdü, paytaxta gətirdik. Bakıda reanimasiyaya girdim və dedim ki, “Ay ata, sən çox güclü adamsan, həmişə çətinlikdən çıxmısan. Nə olar, gücünü topla, yenə də xəstəxanadan çıx. Biz hamımız səni gözləyirik”. Gözü yumulu şəkildə iki damla yaş axdı. Onunla da susdu, bir də səsini eşitmədim”.
Qeyd edək ki, Arif Babayev 2025-ci il avqustun 1-də 87 yaşında vəfat edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 20 Fevral 2026 21:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















