Icma.az
close
up
RU
GP Cotton Dayanıqlılıqla bağlı “Torpaq Sağlamlığı” adlı konfrans keçirib

GP Cotton Dayanıqlılıqla bağlı “Torpaq Sağlamlığı” adlı konfrans keçirib

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

21 noyabr, 2024-cü il tarixində COP29 Beynəlxalq Konfransı çərçivəsində GP Cotton Holdings şirkəti pambıqçılıq sahəsi üçün mühüm olan "Torpaq Sağlamlığı" mövzusunda konfrans təşkil edib. Bu tədbir zamanı torpaq resurslarının qorunması və davamlı idarə olunması mövzusunda geniş müzakirələr aparılıb. Konfransda yerli və beynəlxalq ekspertlər, fermerlər, elmi araşdırma mərkəzlərinin nümayəndələri və hökumət rəsmiləri iştirak ediblər.

Bizimyol.info informasiyaportalı şirkətə istinadən xəbər verir ki, “Torpağın sağlamlığı” konfransında GP Cotton Holdings şirkətinin Direktoru Riçard Morqan, Prime Cotton şirkətinin Baş İcraçı Direktoru Rövşən Mahmudov, Emerging Ag şirkətinin Prezidenti Robynne Anderson, OCP Group şirkətinin Baş İnnovasiya Mütəxəssisi Dr. Leonardus Vergutz, CIFOR – ICRAF Torpaq və Ərazi Sağlamlığı üzrə Qlobal Tədqiqat təşkilatının rəhbəri Dr. Leigh Ann Winowiecki və FAO Avropa və Mərkəzi Asiya Regional Ofisinin Təbiət Resursları Mütəxəssisi Cermi Şlikkenrieder çıxış ediblər.

Konfransın əsas məqsədi torpağın sağlamlığının bərpası, məhsuldarlığın artırılması və ekoloji davamlılığın təmin edilməsi üçün ən yaxşı təcrübələrin müzakirəsi idi. Tədbirdə çıxış edən mütəxəssislər torpaq eroziyası, kimyəvi maddələrin həddindən artıq istifadəsi və qeyri-davamlı əkinçilik üsullarının mənfi təsirlərinə diqqət çəkdilər.

GP Cotton Holdings şirkətinin direktoru Riçard Morqan tədbirdə çıxış edərək qeyd etdi ki, "Pambıq istehsalında torpaq sağlamlığı çox önəmlidir, çünki bu, məhsuldarlığa böyük təsir göstərir. GP Cotton olaraq biz daim torpaq sağlamlığını düşünür və torpaqlarımızı sağlam saxlamaq üçün innovativ həll yolları axtarırıq."

Prime Cotton şirkətinin Baş İcraçı Direktoru Rövşən Mahmudov konfransda çıxış edərək Prime Cotton-da torpağın sağlamlığını qorumaq üçün innovativ həllər tətbiq edilir: “Biz torpaq sağlamlığı göstəricilərini monitorinq etməklə yanaşı, öz torpaqlarımızda və tərəfdaş fermerlərin sahələrində əkin rotasiyasını tətbiq edirik. Fermerlər üçün əkin rotasiyasını cəlbedici etmək məqsədilə hökumət və üçüncü tərəflərlə birlikdə rotasiya edilmiş məhsulların alınmasına dəstək göstəririk".

Konfrans çərçivəsində bir neçə panel müzakirəsi və təqdimat keçirildi. Xüsusilə, "Torpağın Reabilitasiyasında Yeni Texnologiyalar", "Dayanıqlı Əkinçilik Strategiyaları" və "İqlim Dəyişikliklərinin Torpağa Təsiri" kimi mövzular geniş maraq doğurdu. Tədbirdə həmçinin innovativ həllərin tətbiqi ilə bağlı uğurlu təcrübələr paylaşılaraq, yeni əməkdaşlıq imkanlarının yaradılması üçün zəmin yaradıldı.

Sonda iştirakçılar torpaq sağlamlığının bərpası və onun qorunması üçün ortaq səylərin vacibliyini vurğuladılar. Konfransın yekununda bu sahədə gələcək əməkdaşlıqları təşviq etmək üçün bir sıra tövsiyələr qəbul edildi.

Bu tədbir Azərbaycan və beynəlxalq ictimaiyyət arasında torpaq resurslarının qorunması ilə bağlı yeni perspektivlər açmaqla yanaşı, dayanıqlı gələcəyin qurulmasına mühüm töhfə verdi.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 21 Noyabr 2024 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri