“Grandmart”ın müştəriləri qiymətdə aldatdığı üzə çıxıb
Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Grandmart” supermarketlər şəbəkəsi (“Grand- Mart” MMC) müştəriləri qiymətdə aldatdığı üzə çıxıb.
“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, Şəbəkə bununla bağlı Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi tərəfindən cərimələnib.
Belə ki, “Grandmart” Agentlik tərəfindən bu ilin martın 6-da inzibati məsuliyyətə cəlb edilib, protokol tərtib edilib.
Məlum olub ki, “Grandmart” İnzibati Xətalar Məcəlləsinin 447.0.1 maddəsini pozub. Belə ki, qida məhsulu üzərində göstərilmiş qiymətdən baha satılıb.
Agentlik ümumilikdə bu ilin yanvar-aprel aylarında supermarketlər tərəfindən qida məhsulu üzərində göstərilmiş qiymətdən baha satılması ilə bağlı 10 protokol tərtib edib.
Xatırladaq ki, nizamnamə kapitalı 12 milyon manat olan "Grand-Mart" MMC-nin qanuni təmsilçisi Ramil Məmmədov Əşrəf oğludur. 2008-ci ildə dövlət qeydiyyatına alınan şirkətin hüquqi ünvanı Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov ŞTQ, Bəşir Bünyadov (BAKIXANOV QƏS.), ev 134-dür. Şəbəkənin Bakıda hazırda 30-dan çox mağazası fəaliyyət göstərir.
Baxış sayı:121
Bu xəbər 02 İyun 2025 11:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















