Icma.az
close
up
RU
Green Card udan azərbaycanlı məşhurlar kimlər ABŞ yə köçüb?

Green Card udan azərbaycanlı məşhurlar kimlər ABŞ yə köçüb?

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

ABŞ-də yaşamaq və işləmək hüququ verən Green Card lotereyası hər il dünyanın müxtəlif ölkələrindən milyonlarla insanın maraq göstərdiyi proqramlardan biridir. Azərbaycanlılar arasında da bu lotereyanın qalibləri az deyil. Hətta illər ərzində tanınmış sənət və media nümayəndələri arasında da Green Card qazananlar olub.

Bakıvaxtı.az xatırladır ki, belə şəxslərdən hələlik sonuncu sayılan Yeni Klinikanın İqtisadi məsələlər üzrə sabiq direktor Ravil Tağıyevdir. O, mətbuata açıqlamasında hələ ötən ilin may ayında “Green Card” proqramının qalibi olduğundan, bu ilin iyul ayında öz istəyi ilə vəzifəsindən ayrılması ilə əlaqədar ərizə yazdığını bildirib.

Qeyd edək ki,Green Card qazanan azərbaycanlılardan xəbər verir ki, onlardan bəziləri ABŞ-yə köçərək həyatını orada davam etdirib, bəziləri isə bu imkandan imtina edib.

Elariz Məmmədoğlu

Green Card qazanan məşhur azərbaycanlılar sırasında müğənni Elariz Məmmədoğlunun da var. 2017-ci ildə onun Green Card lotereyasının qalibi olduğu açıqlanmışdı. Həmin vaxt yayılan məlumata görə, sənədləşmə prosesinə də başlanılmışdı. Sonradan yaşamaq üçün ABŞ-yə yollandı.

Elmir Məhərrəmov

“Dəyirman” qrupunun keçmiş üzvü, repçi Elmir Məhərrəmov da Green Card qazanan tanınmış azərbaycanlılardandır. Onun adı 2017-ci ildə Azərbaycanın Green Card qalibləri arasında açıqlanıb. Həmin il ümumilikdə 224 Azərbaycan vətəndaşının lotereyada qalib gəldiyi bildirilmişdi. 

Elmir Məhərrəmov daha sonra ABŞ-yə köçərək fəaliyyətini orada davam etdirib.

Natiq Şirinov

Azərbaycanın tanınmış nağara ifaçısı, Xalq artisti, “Natiq Ritm Qrupu”nun rəhbəri Natiq Şirinovun da Green Card lotereyasının qaliblərindən olduğu barədə məlumatlar yayılıb.

Sənətçinin adı ABŞ-yə köçmək imkanı qazanan azərbaycanlı tanınmış şəxslər sırasında qeyd olunur.

Şakir Əhmədzadə

“Mister Azərbaycan” titulunun sahibi Şakir Əhmədzadə də Green Card qazanan azərbaycanlı məşhurlar arasında göstərilir. Onun adı da bu lotereyanın qalibləri ilə bağlı yayılan siyahılarda yer alıb.

Elman Rəfiyev

Azərbaycanın Əməkdar artisti, aktyor və Dövlət Pantomima Teatrının direktoru Elman Rəfiyev isə 2024-cü ildə Green Card qazandığını özü açıqlayıb. 

Lakin aktyor ABŞ-yə köçmək niyyətində olmadığını bildirib. Onun sözlərinə görə, Amerikada qızı və nəvələri yaşayır və Green Card ona ABŞ-yə daha rahat gedib-gəlmək imkanı verə bilərdi. Buna baxmayaraq, ölkədən çıxışına qoyulan məhdudiyyət səbəbindən bu imkandan istifadə edə bilməyəcəyini deyib.

Minay Məsimova

Şair Baba Vəziroğlunun qızı, səyyah və diaspor fəalı Minay Məsimova da Green Card qazandığını açıqlayan azərbaycanlılar arasındadır. O, sonradan bu imkandan imtina etdiyini bildirib.

Üzeyir Muradov

Maraqlı nümunələrdən biri də Əməkdar artist Yadigar Muradovun oğlu Üzeyir Muradovdur. O, Green Card qazansa da, ABŞ-yə getmək əvəzinə Azərbaycanda qalaraq hərbi həkim kimi fəaliyyət göstərib və Vətən müharibəsində iştirak edib.

Qeyd edək ki, Green Card lotereyası qalibə ABŞ-də daimi yaşayış üçün müraciət etmək imkanı yaradır. Lakin lotereyada adın çıxması avtomatik olaraq ABŞ-də daimi yaşayış statusunun əldə edilməsi demək deyil; qalib bundan sonra müəyyən sənədləşmə və viza proseslərindən keçməlidir.

Zeynəb Rzayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 21 Avqust 2026 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see417

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see360

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see322

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see277

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see264

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see260

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see244

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see238

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see235

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see225

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see218

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see217

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see215

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see213

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see200

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see198

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see193

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see192

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri