Icma.az
close
up
RU
“Greenpeace”: “Shein” mağazasının geyimlərində təhlükəli kimyəvi maddələr aşkar edilib

“Greenpeace”: “Shein” mağazasının geyimlərində təhlükəli kimyəvi maddələr aşkar edilib

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 24 noyabr, AZƏRTAC

“Greenpeace” ekoloji təşkilatının apardığı araşdırmada “Shein” onlayn mağazasının uşaq geyimlərində təhlükəli maddələrin olduğu üzə çıxıb.

AZƏRTAC “Tagesschau” xəbər portalına istinadla bildirir ki, 56 geyim nümunəsinin 18-də Avropanın kimyəvi maddələr üzrə tələblərini aşan maddələr var. Aşkar edilən maddələr arasında ftalat tipli plastifikatorlar və suya, ləkəyə davamlı PFAS maddələri (daim kimyəvilər) yer alır. Araşdırmalar göstərir ki, bu kimyəvi maddələrin bəziləri insanın qaraciyərini zədələyə və immun sistemini zəiflədə bilər. Həmçinin, xərçəng riskini də artıra bilər. “Greenpeace” təşkilatı bildirir ki, istehsalçı ölkələrdə xüsusilə də həm işçilər, həm də ətraf mühit bu təsirlərdən daha çox əziyyət çəkir. Yuyulma və utilizasiya zamanı həmin maddələr torpağa daxil olur.

“Shein” bəyan edib ki, şirkət məhsullarının təhlükəsizliyinə çox ciddi yanaşır və müştərilərinə tələblərə uyğun, təhlükəsiz məhsullar təqdim etməyə çalışır. Şirkət hələlik “Greenpeace” təşkilatının yoxlama nəticələrini müstəqil şəkildə test edə bilməyib. Ehtiyat tədbiri olaraq, həmin məhsullar dünya üzrə satışdan çıxarılır. Bu, qısa müddət ərzində “Shein”in oxşar ittihamla üzləşdiyi ikinci haldır. Oktyabrın sonunda Almaniyanın istehlakçı hüquqlarının müdafiə təşkilatı olan “Stiftung Warentest” yoxlanılmış 162 məhsulun 110-da zərərli maddələr, texniki qüsurlar və ya yanlış markalanma aşkar etmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Noyabr 2025 08:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni dərman zavodu açıldı

24 Noyabr 2025 09:43see303

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see235

Fahişəliklə məşğul olanlar 500 manat cərimə ediləcək KONKRET

24 Noyabr 2025 10:37see227

Əhməd Rəcəblidə partlayış oldu

24 Noyabr 2025 09:35see151

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see139

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see137

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see132

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see132

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see130

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see129

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see127

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see126

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see125

“Bu axşam bunu etmək mümkün olmayacaq” Vitaliy Borisovun ə AÇIQLAMASI

24 Noyabr 2025 15:26see125

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see124

Hikmət Hacıyev: Çoxşaxəli əməkdaşlıq aparır KONKRET

24 Noyabr 2025 13:41see124

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see123

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see123

Meyitdən alınan orqan neçə saat yararlıdır?

24 Noyabr 2025 17:10see121

Azərbaycanda Peşəkar Mühasib Sertifikatı əldə edənlərin sayı 6,2 mini keçib

24 Noyabr 2025 15:52see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri