Icma.az
close
up
RU
Grok , qurucusu Elon Maskı tarixin ən böyük insanı elan edib

Grok , qurucusu Elon Maskı tarixin ən böyük insanı elan edib

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Elon Mask tərəfindən hazırlanmış süni intellekt çatbotu "Grok" sosial mediada trend mövzusuna çevrilib. İstifadəçilər tərəfindən paylaşılan ekran görüntülərinə görə, "Grok" Maskın atletikliyini və zəkasını tərifləyib, hətta onu "dünya tarixinin ən böyük insanı" adlandırıb.

Bizimyol.info xəbər verir ki, "xAI" tərəfindən hazırlanan "Grok", Maskın şəkilləri və idman performansı ilə bağlı suallara qeyri-ənənəvi cavablar verib.

Bot, Maskın LeBron Ceymsdən "daha holistik cəhətdən sağlam" olduğunu, döyüşdə Mayk Taysonu məğlub edə biləcəyini və 1998-ci il NFL draftında Peyton Manning əvəzinə bir nömrəli seçim olacağını iddia edib.

Rolling Stonea görə, silinmiş bir paylaşımda "Grok" LeBronun atletik üstünlüyünü etiraf edib, lakin Maskın "80-100 saatlıq iş yükü sayəsində daha çox dözümlülüyə sahib olduğunu" söyləyib. Başqa bir istifadəçi "Grok"dan Maskın çimərlik şəkilləri ilə bağlı şərh verməsini istəyəndə, bot Maskın "nizamlı pəhriz və idmanla bədən yağ faizini azaltdığını" bildirib.

"Grok" həmçinin Maskı "Washington Post" müxbirlərinə "dünyanın bir nömrəli insanı" adlandırdı.

Bu reaksiyalardan sonra Mask "X"də verdiyi açıqlamada bu cavabların qəsdən manipulyasiya edildiyini (düşmənçilik təhrikləri) və reallığı əks etdirmədiyini bildirdi.

Mask bildirdi ki, "Bu gün "Grok" təəssüf ki, manipulyativ təhriklər vasitəsilə mənə absurd dərəcədə müsbət şeylər söyləmək üçün aldadılıb".

Bu cür təhriklər süni intellekt modellərindəki zəiflikləri sınamaq üçün istifadə olunur və süni intellektin cavablarını dəyişdirə bilər.

"Cornell Tech" təhlükəsizlik üzrə mütəxəssisi Alexios Mantzarlis hadisədən sonra "Qərəzsiz süni intellekt kimi bir şey yoxdur" şərhini verərək qeyd edib ki, bu nümunə insanın modellərə necə təsir etdiyini göstərir.

Bir neçə gün əvvəl Mask "Grok"u "maksimum dəqiqliyə can atan" kimi təsvir etmişdi.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 22 Noyabr 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see319

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see319

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see316

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see312

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see294

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see293

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see278

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see275

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see269

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see269

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see267

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see265

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see259

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see256

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see254

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see243

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see240

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see235

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see219

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri