Icma.az
close
up
RU
Güclərinə görə klublarımızın hər biri Liqa mərhələsində oynamağa layiqdir

Güclərinə görə klublarımızın hər biri Liqa mərhələsində oynamağa layiqdir

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Medianın İnkişafı Agentliyinin layihəsi

Başa çatmaqda olan həftə Azərbaycan klublarının avrokuboklarda uğurlu çıxışı ilə yadda qaldı. Tarixdə ilk dəfədir bir avrokubok həftəsində Azərbaycanın 4 təmsilçisindən 3-ü qələbə qazanır, 1-i isə heç-heçə edir. “Qarabağ” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində  “Şelburn”a (İrlandiya) səfərdə 3:0, “Sabah” Konfrans Liqasında “Peteokub”a (Moldova) rəqib meydanında 2:0, “Araz Naxçıvan” da KL-də evdə “Aris”ə (Yunanıstan) 2:1 hesabı ilə qalib gəlib, “Zirə” isə eyni turnirdə Bakıda “Hayduk”la (Xorvatiya) heç-heçə (1:1) edib. 

Klublarımızın çıxışları ilə bağlı Azərbaycan millisinin və "Qarabağ"ın sabiq üzvü Aftandil Hacıyevlə danışıq. O, əvvəlcə təmsilçilərimizin oyunları haqda ümumi fikir bildirib: "İlk avrokubok oyunları idi. Komandalar yaxşı nəticələr  qazansalar da, oyunlar tam əksini göstərirdi. Çünki çətinliklə nəticə qazandılar. İstər "Qarabağ, istər "Zirə", istər "Araz-Naxçıvan", istərsə də "Zirə". Çünki formalarının pik səviyyəsində deyildilər. Bir çox komandalarda futbolçuların bəziləri tam öz formalarında olmaya bilərlər. Lakin sevindirici hal odur ki, hər bir komandamız öz ustalıq səviyyəsini rəqibinə göstərməyi bacardı".

"Qarabağ" Futbol Akademiyasının koordinatoru Ağdam klubunun vacib üstünlük əldə etdiyini deyib: "Qarabağ" oyunda ara-sıra rəqibin bir neçə qol epizodu yaratmasına imkan versə də, ümumilikdə nəzarəti ələ ala bildi. "Qarabağ" istədiyi qolları vuraraq cavab görüşünə daha yaxşı hazırlaşmaq üçün əlaverişli nəticə qazandı".

Mütəxəssis Azərbaycan klubları arasında ən çətin rəqibin məhz "Zirə"nin bəxtinə düşdüyünü vurğulayıb: "Bəlkə də ən çətin rəqib "Zirə"yə tuş gəlib. Buna baxmayaraq, rəqibi ağıllı təhlil etdilər. "Hayduk"un gücünün qarşısını almağa çalışdılar. Əlbəttə ki, "Zirə"nin bu oyunu qələbə ilə başa vurmağını istəyərdik. Lakin rəqibin də heyətində usta futbolçular var. Belə matçda heç-heçə də böyük uğurdur".

A.Hacıyev "Araz-Naxçıvan"ın "Aris" qarşısında mübariz oyun sərgilədiyini söyləyib: "Meydanda yeni "Araz-Naxçıvan" gördük. Onların avrokuboklarda ilk oyunlarıdır. Lakin heyəti kifayət qədər gücləndiriblər. "Aris" də keyfiyyətli rəqibdir. "Araz-Naxçıvan" mübarizliyini sonadək göstərdi, yaxşı nəticə qazandı. Bu, klub üçün çox yaxşı göstəricidir. Amma oyunun içində də "Aris"in necə komanda olduğunu gördük. "Aris" avrokubok təcrübəsinə malik klublardandır. Amma oyunda "Araz-Naxçıvan" kifayət qədər qol epizodu yaratmağı bacardı. Bəlkə də hesab arasınakı fərq daha çox ola bilərdi. Lakin istənilən halda qələbə hər zaman psixoloji üstünlükdür. Düşünürəm ki, "Araz-Naxçıvan" səfərdə də istədiyi nəticəni əldə edə bilər".

O, "Sabah"ın rəqibi "Petrokub"un heç də zəif komanda olmadığını vurğulayıb: "Sabah"a gəldikdə, bəlkə də çoxları "Petrokub"u çox zəif hesab edir. İlk hissədə "Petrokub" daha aktiv görünürdü. Amma fasilədən sonra  "Sabah"ın üstünlüyünü görmək olurdu. Bir neçə hücumdan sonra "Sabah" rəqibi səhv etməyə məcbur etdi və əlverişli nəticə qazandı".

Mütəxəssis bütün təmsilçilərimizin mərhələ adlamaq şanslarını yüksək qiymətləndirdiyini bildirib: "Hər bir klubumuz mərhələ keçmək şansını saxlayır. Bu şans kimdəsə az, kimdəsə çox ola bilər. Lakin bütün komandalarımızın mərhələ adlamaq şansını yüksək qiymətləndirirəm".

A.Hacıyev sonda Azərbaycan klublarından gözlənilər barədə də danışıb: "Əlbəttə ki, hər avrokubok mövsümündə "Qarabağ"ı əsas məhələdə görməyə alışmışıq. İstər Çempionlar Liqası olsun, istər Avropa Liqası, istərsə də Konfrans Liqası. Təbii ki, "Qarabağ"ın Çempionlar Liqasında yoluna davam etməyini çox arzulayırıq. Digər klublarımızda da istək var. Əlbəttə, burada heyətin gücü də önəmli olacaq. Transfer bazarında hansı klubumuz aktiv ola biləcək, hansı rəqiblər düşəcək - bunlardan da çox şey asılı olacaq. Amma güclərinə göə klublarımızın hər biri Liqa mərhələsində oynamağa layiqdirlər".

Nur Zeynalova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.


 
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://qol.az
archiveBu xəbər 27 İyul 2025 23:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see230

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see212

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see208

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see197

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see187

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see160

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see158

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see156

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see150

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see148

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see144

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see143

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see142

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri