Icma.az
close
up
RU
“Güclü cəmiyyətin zərif simaları” layihəsi Şamaxıda

“Güclü cəmiyyətin zərif simaları” layihəsi Şamaxıda

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Şamaxı, 19 may, Rəşad Türkoğlu, AZƏRTAC

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə həyata keçirilən “Güclü cəmiyyətin zərif simaları” layihəsinin növbəti görüşü Şamaxı rayonunda baş tutub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirin əsas məqsədi regionlarda yaşayan qadınlar, yeniyetmə və gənc qızların şəxsi inkişafına, liderlik bacarıqlarının formalaşmasına, ictimai fəallığın artırılmasına və rəqəmsal dünyaya inteqrasiyasına dəstək verməkdir. Layihə, eyni zamanda, qadın hüquqlarının təşviqinə və gender bərabərliyinin təmin olunmasına xidmət edir.

Görüşdə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mehriban Eyyubova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin baş məsləhətçisi Aytəkin Quliyeva, eləcə də Regional İnkişaf İctimai Birliyinin layihələr və könüllülərlə iş şöbəsinin rəhbəri Adilə Əliyeva layihənin əhəmiyyəti barədə çıxış ediblər.

Tədbirdə xüsusi qonaq qismində iştirak edən Milli Məclisin Gənclər və İdman Komitəsinin sədr müavini Könül Nurullayeva və 2023-cü il Gənclər üçün Prezident mükafatı laureatı, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdir müavini Ülviyyə Axundova TEDx formatında çıxış edərək, gənc qızlara və qadınlara şəxsi inkişaf, motivasiya və ictimai fəaliyyət sahəsində tövsiyələr veriblər.

Görüş zamanı iştirakçılara qadınların hüquqi maarifləndirilməsi, texnoloji savadlılığın artırılması, ictimai təşəbbüslərdə aktiv iştirakı və sosial imkanlardan daha geniş yararlanması üçün dövlət və ictimai təşkilatların gördüyü işlər barədə də ətraflı məlumat verilib.

Qeyd edək ki, “Güclü cəmiyyətin zərif simaları” layihəsi təkcə maarifləndirici məqsəd daşımır, eyni zamanda, regionlarda qadın potensialının aşkarlanması və dəstəklənməsi baxımından əhəmiyyətli sosial platformaya çevrilməkdədir. Layihə çərçivəsində müxtəlif şəhər və rayonlarda görüşlər, seminarlar və motivasiyaedici sessiyalar davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 May 2025 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see384

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see381

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see359

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see352

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see339

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see332

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see308

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see283

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see265

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see258

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see241

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see237

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see231

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see222

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see215

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see212

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see206

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see196

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see192

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri