Icma.az
close
up
RU
Güclü dövlət və sağlam cəmiyyətin əsasında milli dəyərə bağlı ailə modeli dayanır

Güclü dövlət və sağlam cəmiyyətin əsasında milli dəyərə bağlı ailə modeli dayanır

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

“Hər bir xalqın, toplumun milli-mənəvi dəyərlərindən biri də ailədir.  Ailə milli-mənəvi dəyərlərin və milli dövlətçiliyin təməlidir. Möhkəm və sağlam əsaslar üzərində qurulan ailələrin olduğu ölkələrin cəmiyyətləri də daha monolit və güclü olur. Bu baxımdan Azərbaycan ailəsi də uzunömürlülüyü və möhkəmliyi ilə dünyaya gözəl nümunədir. Dövlətimiz bu modelin qorunub saxlanılması üçün müxtəlif siyasi və sosial proqramlar hazırlayıb həyata keçirir. Bunun nəticəsidir ki, Azərbaycan ailəsində yetişən hər bir övlad təhsilə, elmə, zəhmətə önəm verir, vətənpərvər, xalqına və dövlətinə bağlı olur. Zərərli ideologiyaların, təhlükəli həyat tərzinin təbliğ olunduğu, yayıldığı bir dönəmdə gənclərimizin onların təsiri altına düşməməsi, öz milli kimliklərini unutmaması ailədən gələn və məktəbdə davam edən tərbiyyənin nəticəsidir. Bu gün Azərbaycanda social müxtəlifliklərinə baxmayaraq hər  ailə övladının yüksək təhsil alması, hansısa peşəyə sahib olması üçün maraqlıdır. Bu cəmiyyət olaraq bizim üstün cəhətimizdir”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.

Onun sözlərinə görə, ailə qlobal hücumlara qarşı ən güclü istehkam, ictimai strukturdur: “Qalib Azərbaycan ailəsi həm də ona görə müqəddəsdir ki,bu millət üçün qəhrəmanlar, canından keçməyə hazır olan igidlər yetişdirib. Azərbaycanda ailə qanunvericiliyi ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət əsasında qurulmasını özündə ehtiva edir. Ölkəmizdə ailə münasibətlərinin hüquqi əsaslarının təkmilləşdirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi, sosial rifahın gücləndirilməsi sahəsində qətiyyətli addımlar atılıb. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, ailə cəmiyyətin əsas özəyi kimi dövlətin xüsusi himayəsindədir.  Ölkə rəhbərliyi tərəfindən həyata keçirilən sosial siyasətin əsas məqsədlərindən biri də sağlam, güclü ailə modelinin qorunması və inkişaf etdirilməsidir. Müasir Azərbaycan dövlətinin ailə siyasətinin formalaşması Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Milli-mənəvi dəyərləri xalqımızın ən böyük sərvəti hesab edən mərhum president Heydər Əliyev bu dəyərlərin qorunmasının vacib olduğunu bütün çıxışlarında dəfələrlə qeyd edib. Ulu öndərin və onun xanımı böyük alim Zərifə xanım Əliyevanın uğurlu ailə modeli nümunəvi xarakter daşıyır. Bu modelin əsasında böyük sevgi, möhkəm dəyərlərə bağlı ailə münasibətləri, xalqa və vətənə sədaqət və xidmət dəyərləri dayanır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva milli-mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı ilə yanaşırlar. Onların timsalında müqəddəs ailə dəyərlərinin qorunub saxlanması, ailə, xalq və dövlətçilik bağlarının xalq birliyinin əsasında olaraq inkişaf etdirilməsi böyük bir məktəbdir, gənc nəslə nümunə olacaq məktəb. Cənab Prezident İlham Əliyev bütün çıxışlarında gənc nəslin tərbiyəsində ailənin və məktəbin rolunu xüsusi olaraq vurğulayır.

     Ulu öndər Heydər Əliyev ailədə sağlam uşaqların doğulması üçün qan qohumluğunun qarşısının alınması istiqamətində  1995-ci ildə Respublika Ailə-Sağlamlıq Mərkəzinin açılışında çıxış edərkən qan qohumluğu evliliyi və onun fəsadları barədə xüsusi olaraq qeyd edərək bildirmişdi ki, bizim xalqımızın, millətimizin həm fiziki, həm zehni cəhətdən sağlamlığı üçün yaranan problem qohumların bir-biri ilə ailə qurmasıdır. Cəmiyyət üçün zərərli olan bu adətlər tədricən aradan qaldırılmaqdadır.  Bu gün artıq bunun qanuni bazasının yaradılması sevindirici haldır. Qohum nikahların qadağası  ilə bağlı Qanun layihəsinin təsdiq edilərək qüvvəyə minməsi sağlam genafond üçün mühüm əhəmiyyət daşıyacaq. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Ailə siyasəti onun layiqli davamçıları tərəfində uğurla davam etdirilir. Аzərbаycаn Respublikasının Birinci vitse-prezidenti, Hеydər Əliyev Fondunun prеzidеnti Mеhribаn хаnım Əliyevа qаdınlаrın problеmlərinə, onlаrın ictimаi həyаtdа аktiv rolunun təmin еdilməsinə böyük qаyğı ilə yаnаşır. Məhz "Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun qəbul olunmasında Mehriban xanım Əliyevanın xüsusi təşəbbüsü olub. Prezident İlham Əliyev hər zaman qeyd edir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun maraqları, rifahı durur. Hər çıxışında gənc nəslin tərbiyəsində ailə və məktəbin rolunu qeyd edən cənab Prezident dəyərlərin qorunub saxlanmasını xüsusi vurğulayır və bunu əməli fəaliyyətində də əks etdirir. Ümummilli liderin, eləcə də onun müqəddəs ocağının davamçısı Prezident İlham Əliyevin nümunəvi ailə dəyərləri gənclərimizə böyük örnəkdir. Dünyada xüsusi nüfuz sahibi olan hər iki siyasi xadimin uğurlarının arxasında güclü ailə modeli dayanıb”.

M.Vəliyeva bildirdi ki, ailə xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısıdır. Xalqımızın tarixi köklərə, mənəvi dəyərlərə bağlılığı ailədən irəli gəlir. Yüksək qonaqpərvərlik, dürüstlük, övlada qayğı, valideynə hörmət, xanədanlıq, xeyirxahlıq, torpağa və xalqa bağlılıq, tolerantlıq Azərbaycan ailəsinin  zəngin xüsusiyyətlərindən hesab olunur. Azərbaycan ailəsi milli adət-ənənələrimizi yaşatmalı, övladlarımız milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyə olunmalıdırlar. Cəmiyyətin inkişafı ailənin rifahından, ailədaxili sağlam mənəvi mühitdən, ailə münasibətlərinin yüksək əxlaqi dəyərlər əsasında təşkilindən çox asılıdır. Ailə institutu dəyişən dünyanın təsirlərindən özünü qorumalıdır. Dövlət olaraq milli ailə modellərinin inkişafı üzərində işləməliyik. Ailə kiçik bir dövlətdir. Hər bir ailə möhkəm olarsa, cəmiyyət də mükəmməl olar. Sağlam ailə, sağlam nəsil, sağlam millət deməkdir. 44 günlük Vətən Müharibəsində şücaət göstərən oğullarımız güclü dəyərlər üzərində qurulmuş ailələrdən çıxan övladlarımızdır. Şəhid ailələri-bu ifadə ailə, xalq, vətən bağlarının dəyər olaraq yaşamasının nümunəsidir. O səbəbdən də diqqət, qaygı, sevgi və hörmətlə əhatə olunur.   

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 May 2025 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see294

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see195

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see173

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see173

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see167

Turizmi daha da inkişaf etdirmək üçün hansı addımları atmaq lazımdır?

12 Noyabr 2025 14:22see155

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see154

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see141

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see140

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see139

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see138

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see136

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see135

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see135

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see133

Elnarə Akimova: “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”

12 Noyabr 2025 17:10see132

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see130

Rahid Əmirquliyev: Millimiz İslandiya ilə Bakıdakı matçda revanş ala bilər

12 Noyabr 2025 18:16see123

Oğlan, yoxsa qız... Uşağın cinsiyyətini planlamaq olarmı? SORĞU

12 Noyabr 2025 17:15see121

Sarayevoda insan ovu QALMAQALI: İtalyanlara qarşı istintaq başladılıb

12 Noyabr 2025 17:12see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri