Güclü külək hərbi təlimi pozdu Ağacdan asılı qaldılar
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Belçikada keçirilən beynəlxalq hərbi təlimlər zamanı NATO paraşütçüləri güclü külək səbəbindən ağacların üzərinə düşüblər.
“Qafqazinfo” RTL telekanalına istinadla xəbər verir ki, insident Belçikanın Limburq əyalətinin Hekstel-Eksel bələdiyyəsində baş verib.
Məlumata görə, “Falcon Leap” beynəlxalq təlimlərində iştirak edən 5 paraşütçü qəfil güclü külək axınına düşərək idarəetməni itirib və ağacların budaqlarına çırpılıb.
Hadisə nəticəsində ABŞ, Böyük Britaniya və Almaniyadan olan hərbçilər xəsarət alıb. Əsgərlərdən birinə xilasedicilərin köməyi olmadan ağacdan düşmək müvəffəq olub. Ağır yaralanan iki paraşütçü isə dərhal xəstəxanaya çatdırılıb.
Xatırladaq ki, bir qədər əvvəl NATO hərbçiləri Estoniyadakı poliqonda da oxşar bədbəxt hadisə zamanı xəsarət almışdılar.
Baxış sayı:128
Bu xəbər 17 Sentyabr 2026 23:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















