Güclü külək İsmayıllıya ciddi ziyan vurdu Foto
Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İsmayıllıda güclü külək Heydər Əliyev və Həsənbəy Zərdabi küçələrində, eləcə də, həmin ərazilərə bitişik sahələrdə irigövdəli ağacları nəqliyyat və piyada yollarına, həmçinin istirahət zolaqlarına aşırıb.
Axar.az Report-a istinadla xəbər verir ki, nəticədə qeyd olunan ərazilərdə hərəkətə bir neçə saat müddətində məhdudiyyətlər yaranıb.
Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun 60-cı kilometrliyində də irigövdəli ağaclar yolun hərəkət hissəsinə aşıb. Hadisə yerinə cəlb olunan polis əməkdaşları tərəfindən zəruri təhlükəsizlik tədbirləri görülüb və nəqliyyat vasitələrinin hərəkəti nizamlanıb.
Gecə saatlarında qəfil başlayan güclü yağış və külək rayonun rabitə və enerji infrastrukturuna da ciddi ziyan vurub. Bir neçə saat ərzində rayon mərkəzində və bir sıra kəndlərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Təbiət hadisəsi nəticəsində bir sıra ticarət və iaşə obyektlərinə də ciddi təsir göstərib, Hazırda Şimal-Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin İsmayıllı Elektrik Şəbəkəsinin, eləcədə İsmayıllı Kommunal Müəssisələri Kombinatının texnikaları və canlı qüvvəsi əraziyə cəlb olunub. Rayonun müxtəlif ərazilərində yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 30 May 2026 12:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















