Güclü leysan Tbilisidə həyatı iflic etdi VIDEO
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Gürcüstan ərazisində yağan güclü leysan yağışları bölgələrlə yanaşı, paytaxt Tbilisidə də bir sıra ciddi problemlərə səbəb olub.
Redaktor.az xəbər verir ki, intensiv yağıntılar nəticəsində Qəhrəmanlar Meydanındakı yolları su basıb və bu, nəqliyyatın hərəkətini çətinləşdirib. Eyni zamanda, Kür (Mtkvari) çayının sağ sahilində də avtomobillərin hərəkətində güclü sıxlıq yaranıb. Tbilisi və ətraf ərazilərdə yağışın törətdiyi fəsadları əks etdirən görüntülər sosial şəbəkələrdə geniş yayılıb. Sakinlər Tskneti qəsəbəsi də daxil olmaqla, bir sıra ərazilərdə küçələrin sel suları altında qaldığını bildirirlər. Məlumata görə, paytaxtda təxminən bir saatdır güclü və fasiləsiz yağış yağır. Əlverişsiz hava şəraiti səbəbindən Tbilisinin bəzi ərazilərində elektrik enerjisinin verilməsində də fasilələr yaranıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 14 Avqust 2026 23:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















