Güclü leysan yağışları Mahaçqalanı su altında qoydu VİDEO
Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Dağıstanın paytaxtı Mahaçkalada küçələr çaylara, həyətlər göllərə çevrilib, avtomobilləri sel aparır, evləri su basıb.
Bizim.Media xəbər verir ki, Dağıstan rəhbəri Sergey Melikovun bildirdiyinə görə, bölgəyə yağan güclü yağışlar səbəbindən bazar ertəsinə qədər bütün Dağıstan ərazisində yüksək hazırlıq rejimi elan edilib.
Mahaçqalada isə fövqəladə vəziyyət rejimi tətbiq olunur.
Xasavyurtda güclü yağışlar nəticəsində dəmir yolu körpüsünün iki aşırımı dağılıb. Qatarların hərəkəti hazırda xətlərdən biri ilə davam etdirilir.
Sinoptiklərin məlumatına görə, son sutka ərzində Dağıstanda 50 mm-dən çox yağıntı düşüb — bu, son 100 ilin rekordudur və 1919-cu ilin mart göstəricisini ötüb.
Ən çox yağıntı Mahaçqala və Dərbənddə, həmçinin Axtı, Kuppa, Kasumkent, İzberbaş və Kumux yaşayış məntəqələrində qeydə alınıb.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:367
Bu xəbər 28 Mart 2026 23:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















