Guclü ol, Ukrayna! Bu gün gəldi... O, Baydenin son qərarını belə qarşıladı...
Icma.az, Moderator.az saytına istinadən bildirir.
Siyasətçi Vaşinqtonun Ukraynanın Rusiya Federasiyasına zərbə endirməsinə icazə verməsini alqışlayıb...
Litva Ukraynanın ABŞ prezidenti Co Bayden administrasiyasından Rusiya ərazisinə uzaqmənzilli silahlarla zərbələr endirmək üçün icazə aldığı barədə məlumatı təsdiqləyib.
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, bu barədə ölkə prezidenti Gitanas Nauseda özünün "X" şəbəkə səhifəsində yazıb.
O, qeyd edib ki, Rusiya ərazisinə uzaqmənzilli silahlarla zərbələr endirilməsinə qoyulan qadağanın ləğvi Ukraynanın təcavüzkar Rusiyaya qarşı mübarizəsində həlledici məqam olacaq.
“Bu gün gəldi, Ukrayna Rusiyadakı hərbi hədəfləri uzaq mənzilli raketlərlə vura bilər. Zəiflik üzündən sülh əldə edilə bilməz. Sülh güclülərin mükafatıdır. Güclü ol, Ukrayna!” – deyə Litva Prezidenti qeyd edib.
Xatırladılır ki, bundan əvvəl ABŞ prezidenti Co Baydenin Ukraynaya Rusiya daxilində hücumlar üçün uzaqmənzilli Amerika raketlərindən istifadə etməyə icazə verdiyi barədə məlumat yayılıb.
Bundan əlavə, Kremlin Rusiya Federasiyasına Qərbin uzaqmənzilli silahları ilə zərbə endirmək icazəsini şərh etməsi barədə daha əvvəl məlumat verilib.
S.Laçın
Baxış sayı:130
Bu xəbər 18 Noyabr 2024 07:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















